Payiz sevgisi ( Kamal Abdulla )

Payiz sevgisi ( Kamal Abdulla )
Sevgi Dünyası
10.09.2017 121
Hərdən oturub özüm-özümə Mən o gecəni xatırlayıram, Gözün gözümə, dizin dizimə Bir də musiqi – sakit, aram. O uzaq gecə başlanan payız Hələ nə qədər davam edəcək. Yağışlı gecə, həyacanlı qız Hardan gəlmişdi, hara gedəcək… Payız ömürdən uzun sürəcək - Payız nəğməsi, payız sevgisi. Yellədi bizi qəmli yelləncək, Uçurdu bizi, qaçırdı bizi. Payız sevgisi gəldi gizlicə, Gizlicə getdi, gəldiyi kimi. Mən elə bildim bitməz o gecə, Hər şey olmayır bildiyin kimi. Yelləncək uçar boş-boşuna, Həyat dayanar, yelləncək uçar… Baxmaz küləyə, baxmaz yağışa - Sən orda naçar, mən burda naçar. Payızda gəlməz bir daha sevgi, Həmən gecə də uzaq bir yuxu. Həmən gecəylə getdi mənimki, Bir ümid qaldı, bir də bu qorxu. 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!