Aldadılan qadınların intiqamı

Aldadılan qadınların intiqamı
Sevgi Dünyası
10.09.2017 55
Aladadılan qadın mütləq intiqam alır...
Qadınlar ilk olaraq xəyanətin qoxusunu hiss edirlər. Daha sonra
şübhələrin arxasınca gedirlər. Aldatıldığından şübhələnən qadını
durdurmaq mükün deyil. 
Kişilər niyə xəyanət edir? Bütün kişilər xəyanət edirmi? Xəyanət edən kişi vicdan əzabı çəkirmi?
Bu kimi sualları başqa bir vaxta saxlayıb aldadılan qadınların nə etdiklərindən danışacağıq.
Kişilər xəyanət etdikləri zaman bunu sevdiyi qadından gizli qalacağını
düşünsələr də, xəyanətləri bir gün ortaya çıxır. Qadınlar əvvəlcə
şübhələnir və daha sonra başlarına gələn ən pis şeyin izinə çıxırlar.
Qadınları şübhəyə salan məqam kişinin davranışındakı dəyişiklikdir. 
Ona olan diqqətini itiribsə, dalğın, gərgin və stresslidirsə, deməli,
nəsə var… Heç bir səbəb olmadan əsəbi davranır, hətta mənasız davalar
belə çıxara bilir. Bundan başqa huzursuz olur və cinsi istəkləri də
azalır. Evə gəldikdə isə mobil telefonunu yanından ayırmır və gələn
zənglərə ehtiyatla yanaşır. Ya da evə gəldikdən sonra telefonu səssiz
rejimə qoyur. Bəziləri isə telefonu söndürür. Məşhur bir psixoloqun
yanına gələn qadınlardan biri isə "Telefonu alt paltarında gizlətdiyini
gördüyüm zaman məni aldatdığını anlamışdım”  deyib. Qısası, qadınlar
bunu yaxşı hiss edirlər. 
Bundan sonra təqiblər başlanır və internet parolları öyrənilir. Kişilər
isə sıxışdığını görən zaman  evliliklərini xilas etmək adına bir çox
bəhanələrə əl atır. Bu yalanlarda xəyanətin qoxusunu hiss edən qadın
sonda hər şeyi öyrənməyə nail olur. 
Lakin bütün qadınlar belə olmur. Ərlərinə hədsiz dərəcədə inanan
qadınlar, bu yalanları  başa düşmür. Ərini əlindən alan qadın isə ona
zəng edərək bütün dünyasını və ailəsini dağıtmağa müvəffəq olur. 
Aldadılğını öyrənən qadın ərindən intiqam almaq üçün plan fikirləşir.
"Mənə çəkdirdiyi acını özünə yaşadacam” və.s kimi fikirlərlə gəzir. 
İntiqam almaq üçün ərini tərk edən və yaxud boşanan qadınlar da olur.
Uşaqlarını ərindən gizlədən qadınlara da rast gəlinir. "O, bu uşaqları
görməyə layiq deyil...” və.s kimi sözlər işlədirlər. 
Seks qadağası qoyan qadınlar da olur. Ən pisi isə sosial mühitdə ərini rəzil edib alçaldan qadınlar da olur. 
Ən ağır intiqam isə xəyanətə, xəyanətlə cavab verməkdir. Həm də ərinin
və ya sevgilisinin ən yaxın dostu ilə xəyanət edən qadınlar olur. Odur
ki, kişilər, belə hallara düşmək istəmirsinizsə, sevdiyiniz insanı heç
zaman aldatmayın…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!