Çox əzab və daha çox sevinc var

Çox əzab və daha çox sevinc var
Sevgi Dünyası
10.09.2017 16
Sükut edərək necə təskinlik verilər ki insana?

Amma olur, sakitlik tapır insan.

Gecə...

Gecə də elə.

Susur və təskinlik verir.

Necə edirsən bunu gecə?

Ey gecə, necə?



Səsini eşidirəm sonra.

Gecə mənimlə danışır.

Eşitdim dediklərini,

Eşitdim dərdini

Rəbbimizlə danışarkən eşitdim səni.

Gözlərim dolur.

Gecə, içim yanır...

Ağla deyir gecə.

Gəl birlikdə ağlayaq.

Deyirəm; sənin dərdin nədir ey gecə?



Özümə xas dərdim yoxdur.

Sənin dərdin mənim dərdimdir,

Sənin dərdini sahibləndim.

Ağlayıram.

Yüngül əsintiylə yağış başlayır.

Gecə səslənir;

birlikdə ağlayacağıq...

İsladır üzümü.

Deyir; sərinləş, könülündəki atəşi söndürək,

Gəl, gözləmə.



Nə edə bilərəm ki ey gecə?

Get dəyincə gedərmi dərdim?



Kədərlənmə deyir,

Yüklədiyin əzabların mənaları sil ürəyindən.

Bəli, get de.

Görəcəksən gedəcək.

Ürəyinə əsla nifrət əkmə.

Guclu ol!

Gecə! Gündüz də sənin kimi dostdur?

Sən hər kəsə dostsan?

Yer üzündə tapa bilərəm,

Sən kimi dost?



Bəli, deyir.

Mən gözəl görən bütün ürəklərə dostam.

Gündüz də mənim dostumdur və

Bəli sənin dostundur,

Sənin kimilərin dostu.

Bəli, tapa bilərsən.

Mən sən kimi bir çoxuyla tanış oldum,

İncə düşüncəli, həssas bir çox dostum var,

Yer üzündən.

Ağlayacaqsansa məndə ağla,

Davam edərəm sənlə yağmağa...



Amma kədərlənmə artıq,

Parla mənim digər dostlarım kimi.

Parla ulduzlar kimi,

Onlar da göz qırpır bax!

Sən də təbəssüm yay.



Unutma:

Çox əzab  və daha çox sevinc var.

Təbəssüm yay hər şeyə inad olaraq.



/Mənbə:Qadınlar.biz/

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!