Sevmədin ki

Sevmədin ki
Sevgi Dünyası
10.09.2017 16
Halbuki bütün söz xəzinəmi ayaqlarına sərmişdim 
Səni arzulamadığım tək şeirim belə yox idi 
Həmişə ikimiz olardıq başrollarda 
Hhəmişə xoşbəxt sonla bitirərdim hekayəmizi 

Ayrılıq mahnılarının yaxasına yapışardım 
Silkələyərdim son notasına qədər 
Sənsizliyə gedən yolları xəritəmdən silmişdim 
Evinin qarşısından keçən bütün avtobus səfərlərini ləğv etmişdim 
Küçəsinin gecə gözətçiliyini boynuna götürmüşdüm 
Keçdiyin yolların asayişi məndən soruşulardı 
Adının keçdiyi hər cümlənin başına bəsmələ qoyulardı 
Dualarla yolçu edərdim hər səhər səni 
Şükrlərə boğardım səmanı 
Hər fikirimdə bədənini 

Amma sən bunların heç birini bilmədin ki 
Bir saniyəni ayırıb məni sevmədin ki 

Fərqinə çata bilmədin sənlə gəzən buludun 
Hhəmişə yağış sandın üzərinə düşən damlanı 
Halbuki onlar mənim gözyaşlarım idi 
Lal olan dilimin bədəninə qışqırıqları idi.

Mən heç bir zaman olmamışdım onsuz,
Həmişə biz vardıq 
Sən olmadan mənim olmam əbəs idi 
Mən olmasam da sənin olmağın çatardı 
Əcəlinin əcəli bəllədim özümü 
Kəm gözlərə axıtdım bütün zəhərimi.

Lakin, lakin sən bunları heç bilmədin ki,
Bir saniyənə qıyıb da məni sevmədin ki..


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!