1 manatın acı talehi

1 manatın acı talehi
Sevgi Dünyası
10.09.2017 6
 
 Mənim
adım Bir Manatdır. Məni İsveçrədə hazırlayıb Azərbaycana göndərdilər.
Bir gün sonra dövrüyəyə buraxıldım. Əvvəlcə məni bir neçə qardaşımla
bərabər bir bankomata yerləşdirdilər. Bu vaxta qədər mənə insan
əli dəyməmişdi, təp-təzə idim. Bir gün bir qoca məni
bankomatdan çıxardı. Tək deyildim; mənimlə birgə böyük qardaşlar 20 və
50 manat, yeddi ədəd də həmyaşıdım çıxdı. Qoca bizi cibinə qoydu. Evə
çatandan sonra bizi cibindən çıxardı, bir manatlıqların arasından
məhz məni seçib nəvəsinə verdi. Nəvəsi məni götürüb
sevinə-sevinə dükana qaçdı. Düşünürdüm ki, bu uşaq məni çox sevir. Amma
düşüncəm alt-üst oldu. Çünki bu dəcəl məni beş ədəd 20 qəpiklə dəyişdi.
Bir neçə dəqiqə sonra satıcı məni qalıq olaraq bir
alıcıya qaytardı. Yeni sahibimin cibində xeyli əziyyət çəkdim. Bədənim
iki- üç yerdən qatdalanmışdı. Nəhayət, iki barmaq məni bu əzabdan
qurtardı. Sahibim məni avtobus sürücüsü nə uzatdı.Bu avtobusda axşama
kimi səyahət etdim. Bir neçə manatla tanış oldum. Onların
arasında məndən daha sağlamları var idi. Onlar mənə kinayə ilə
baxırdılar. Məndən pis vəziyyətdə olanlar isə mənə həsəd aparırdılar.
Günün sonunda avtobus sürücüsü plan ödəyərkən məni də yeni
sahibimlə tanış etdi. Beləcə, günlərlə əldən-ələ keçirdim və solurdum.
Bir gün bir toyda şabaş kimi bir neçə adaşımla birgə rəqs edənlərin
başına səpələndik. Bir nəfərin ayağı altında əzildim. İki dəcəl uşaq
rəqs edənlərin arasından sivişərək yerdəki pulları yığmağa
başladılar. Növbə mənə çatdı. Bədbəxtlikdən hərəsi bir tərəfimdən tutub
dartdı. Dəhşətli ağrıdan huşumu itirdim. İki yerə bölünmüşdüm.
Özümə gələndə gördüm ki, yapışdırıcı ilə bədənimi birləşdiriblər. Ağrı
hələ də var idi. Bir cavan oğlanın cüzdanında idim. Görünür, sahibim
kasıb idi. Yerim geniş idi, rahat uzanmışdım. Sahibim,deyəsən, acmışdı.
Bir neçə dəfə çörək almaq üçün dükanlara girsə də, heç bir satıcı məni
qəbul etmədi. İndiyə kimi müxtəlif insanların əlinə düşmüşdüm, hamısına
faydalı olmuşdum. Ancaq heç biri buna layiq deyildi. Tez-tez haram pula
çevrilirdim. Çoxları məni faydalı şeyə xərcləmirdi. Buna görə insanlara
nifrət edirdim. Bu oğlanın cüzdanına necə düşdüyümü bilmirdim.
Amma onu
sevməyə başlamışdım. Deyəsən, o da məni sevirdi. Çünki tək ümidi mənə
idi. Axı insanlar ümid etdikləri şeyləri sevirlər... Hər dəfə satıcılar
məni rədd etsə də, oğlan yenə də ümid edirdi. Bir müddət keçəndən sonra
o, məni cüzdandan çıxardı və öz-özünə danışmağa başladı: 
 
-
Budurmu axırım?! Məni cəmiyyət qəbul etmədi. 2 yaşımda valideynlər uşaq
evinə atdılar. 18 yaşımda oradan da çıxardılar. Birtəhər
restoranda ofisiant işləməyə başlamışdım, oradan da qovdular. Son
qazancım isə bu cırıq manat oldu.-deyib cüzdanı dənizə tulladı.
Mən
rahat yataqdan narahat cibə düşdüm. Oğlan hələ də məndən əl çəkmirdi.
Nəhayət, o, məni cibindən çıxardı. Öz-özünə "bir yamaq manatım var, nə
xeyri var, nə ziyanı, verim bu dilənçiyə” deyərək məni bir dilənçiyə
verdi və çıxıb getdi. Dilənçi məni o tərəf-bu tərəfə çevirib gözdən
keçirdi. Dodağının altında mırıldandı:
- Başına dəysin! Verdiyi pula baxda!
 
Elə
bil dilənçi adam deyil. Bu deyib üzümə tüpürdü və yerə atıb tapdaladı.
Artıq təhqir edilmişdim. Adi bir dilənçiyə də lazım deyildim. Üstəlik
ağrılarım da artırdı. Bu köhnə, yamaq manat heç kəsə lazım
deyildi...
Yağış yağmağa başladı. Bir neçə saat idi ki, küçədə qalmışdım.Birdən
palçıqlı bir ayaqqabının altına yapışdım. Bu dözülməz idi. Bir müddət
sonra bu əzab bitdi və yenisi başladı. Ayaqqabının altından ayrılıb
su axını ilə kanalizasiyaya axdım. İndi kanalizasiyada axınla
üzürəm, Bilmirəm sonum haradadır. Son dəqiqələrimi yaşayıram.
P.S. Ey insan, sən də mənim kimi əldən-ələ sürünərək yıpranırsan və sonda parçalanmış halda tək qalırsan. Öləndə də tək ölürsən.






 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!