Sevdiyim bir fahişə (1-ci bölüm)

Sevdiyim bir fahişə (1-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 15
-Mənə inanırsan?



-Ayşə, yenə başladın?

-Sualımın cavabı bu deyil

-Sənə inanıram. Güvənirəm. Səni sevirəm

-Mən də Murad, mən də

Murad Ayşənin saçlarından öpərək qoxusunu içinə çəkir.

-Suallarım səni bezdirdi? Ayşə başını Murada tərəf çevirərək:

- Hə? Bezdin?

Murad Ayşənin saçlarını qarışdıraraq:

- Bu hardan çıxdı?

Onların söhbətini uzaqdan addımlayan balaca Amil pozdu.

-Ayşəəə...

Ayşə başını Muradın qolları arasından qaldıraraq:

- Haa bu nə idi? Ayağa qalxaraq üstünü təmizləyir.

Murad çəmənlikdə vəziyyətini heç dəyişmədən:

- Nə olduu?

Amil onlara yaxınlaşaraq:

- Ayşə, ana səni çağırır.

Ayşə cəld qaçaraq uzaqlaşır. Amil Muradın yanında oturaraq:

- Ehh sus pulu vermirsən?

Murad anlamamış kimi:

- Nəə?

-Sus pulu daa susmağim üçün. Gördüklərimi unutmagim üçün - deyib kinayəli gülümsədi.

Murad qalxaraq:

- Amilcikk məncə pula ehtiyac yoxdu hәə? Çünkü artıq heçnə xatırlamırsan düzdü? Yoxsa başqa cür unutdurmağa çalışacam.

Amil qaçaraq:

- Mənn artıq unutmuşam. Baaax heçnə bilmirəm.

Murad başıni yellәyәrәk gülümsәdi:

- Eynәn Murad әmisi...

Ayşә tәnginәfәs halda hәyәtlәrinә çatdi.

- Ana, mәni buyurmusan?

Füruzə xanım әllәrini çirmalayıb:

- Ayşә, tövlәni tәmizlәmәyivi tapsirmisdim ama tәmizlәnmiyib.

- Bu dәyqә tәmizdiyәrәm. Gülşәn salmişdi çәnәsinin altina başım qarişıb.

- O Gülşәnә de atan deyir 1 aydan sonra toyu elәmәy istiyiriy.

Ayşә qizararaq başini aşaği saldi:

- Ana, mәn...

- Tövlә!

"Gәlmişәm otağına

Oyadam sәni gara gilәm

Nә gözәl xәlq eylәmiş

Yaradan sәni gara gilәm

Götürüb mәn qaçaram

Aradan sәni gara..."

Ic cәkәrәk әlindәki süpürgәni yerә tullayib göz yaşlarini sildi Ayşә. " Kaş ki anama yalan demәsәydim. O da acilamazdi mәni. Hәm mәn sәhv heçnә elәmәdimki..."

Şirin gülümsəməsi və incə bədən quruluşu gözəlliyinin sübutu idi. Kəndin ən gözəl qızı olduğu kimi həm də ağıllı bir qız idi. Sadəcə orta təhsilli idi. Kənddə oxumağa çox fikir verilmirdi. Murad da orta təhsilli idi. Amma kəndin ən varlı sakinin oğlu idi. Ayşə onun xalası qızı idi. Uşaqlıqdan bir yerdə böyümüşdülər.Ailələri sevgilərini dəstəkləmiş və nişanlanmişdilar.

Ayşənin gözü həmişə yüksəklərdə idi. Həmişə ali savadlı olmaq istəmişdi. Şəhərdə yaşamaq, işləmək həmişə arzu olaraq qalacaqdır. Bəlkə gerçəkləşməsi mümkün... Yox, daha gecdir.

Muradın 26 yaşı vardı. Özünə görə yaraşığı, boyu-buxunu bir çoxlarını heyran edirdi.

-Ayşə, qorxma yəqinki toy haqda danışacaqlar.

-Bilmirəm Gülüş bilmirəm.

-Tez toyun olsaydı... Anamın yeni tikdiyi donunu geyinəcəm. Vasif də gələr səncə?

-Ehh gör bunun fikri hardadır ee...

Gülşәn gözlәrini süzdürәrәk "guya sən fikirləşmirsәn? Ürәyin gedire әrә getmәk üçün! Kim bilir, bәlkә dә, artiq toy gecәsi xәyallari qurursan, hә?" Deyәrәk göz vurdu. Ayşә Gülşәnin qolunu sixaraq:

- Qiz, o nә sözdü deyirsәn, utanmirsan?!

Gülşәn sifәtini büzüşdürüb:

- Ehh Ayşә, sәn dә çox utancaqsan, nә olacaq sizin iş?

Ayşә daha da әsәblәşәrәk Gülşәnin qolunu buraxdi:

- Sәn düzәlәn deyilsәn.

- Ayşəә...

Ayşə yarıyuxulu pəncərəyə çıxdı. Muradın gəldiyini görüb sevindi. Üzərinə bir şey atıb çölə çıxdı.

-Murad, burda nə işin var?

- Ayşəə darıxdım daa sevgilim üçün...

- nə sevgilisi? Biz nişanlı...

Murad onun sözünü kəsərək:

- Yaxşı biz evliyik.

- Muraad, sən şəhərə gedəndən laaap oralı olmusan ki... Sevgili nədir?

-nədir Ayşə xanım?

Ayşə düşünürmüş kimi göstərib:

- Mmm... Pis qızların sevgilisi olur ancaq...

- Daha nələr... Ayşəm, insan sevdiyinə sevgilim dəyər.-deyərək Ayşəni özünə tərəf çəkib qucaqlayır.

- Burax görəcəklər.

- Görsünlər də 1 aya toyumuzdu.

-Nə olsun?

- Toydan sonra görəcəksiniz olacaqları Ayşə xanım - deyib kinayəli gülümsədi.

Ayşə Gülşәnın dediklərini xatırlayıb həyəcanlandi.

-Mən gedirəm. Soyuqdan öldüm. -öpməsәn buraxmaram.

Ayşə Muradın üzündən öpərək evə qaçır. Murad üzündә axmaq gülümsәmә ilә oradan uzaqlaşir.



Müəllif: Sevincскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!