Nə tez tələsdin?!

Nə tez tələsdin?!
Sevgi Dünyası
10.09.2017 26
Özün ki, bilirdin sınıq qəlbliyəm,





Ağrılı, acılı, gözü nəmliyəm,






Bu kiçik yaşımda böyük dərdliyəm.






Bilmədim sənin bəs nə idi qəsdin,






Əlvida deməyə belə tələsdin?!






 






Sənin son sözünü eşidən zaman,






Əlimi üzdüm mən bütün dünyadan,






Ən çox istədiyim, ən əziz insan,






Hər şeyi bir anda necə məhv etdin?!






Əlvida deməyə necə tələsdin?!






 






Düşündüm! dostum var, sevinc taparam,






Acı həyatıma şirin qataram,






Arzuya, murada mən tez çataram.






İçimdə yaşamaq həvəsin kəsdin!






Əlvida deməyə nə tez tələsdin?!






 






Olmayan şeyləri uyduraraq sən,






Söz atdın ortaya olmayan eşqdən,






Bilərəkdən ya da bilməyərəkdən.






Gah çay tək çağlayıb, külək tək əsdin!






Əlvida deməyə nə tez tələsdin?






 

 

 





 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!