Özgəsi vardı!

Özgəsi vardı!
Sevgi Dünyası
10.09.2017 5
Mən onu sevirdim, canım yansa da,
O məni sadəcə, dostu sansa da,
Günəştək başıma, hey dolansa da,
Yanımda həsrətin, kölgəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...



Gah onu qısqanıb, gah inciyərdim,
Özümə ən aciz adam deyərdim,
Dilimdə guya ki çox istəyərdim,
Qəlbimdə sevirəm kəlməsi vardı,
Çünki...
Onun ürəyində, özgəsi vardı...



O nə vaxt gülürdü, mən də gülürdüm,
Sevinci bölürdüm, qəmi bölürdüm,
Bu yolun sonunu, dəqiq bilirdim...
Hardasa ayrılıq döngəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...



Mənə sevdiyindən, danışan o qız,
Bilmirdi sevirəm, mən onu yalnız,
Bir film kimiydi yaşadığımız,
Bu filmin sonuncu səhnəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...



/Mənbə: Qadınlar.biz/







 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!