Romantikasız romantika

Romantikasız romantika
Sevgi Dünyası
10.09.2017 24
Ağ vərəqim oldu açılan səhər,
 
Ona göz yaşımla adını yazdım.

Eşqimlə bacarsaydım əgər,

Heç vaxt səni bu qədər arzulamazdım.





Romantikasız romantika

Yuxuna gəlim sənin,
Saçına bir sığal cəkim.

Bu ürək həsrətinə

Onsuz da dözməyəcək.

Sevirəm denən mənə,

Sən Allah, ovut məni

Sevirəm denən mənə,

Sora lap unut məni.




Romantikasız romantika

Bir axşam tərəfi 

Günəş batarkən,

Bir gəlinlik donu

Kirayə götürək,

Bir şüşə likor,

Bir qutu siqaret...

Və bir qədər zaman,

gedək

Səhraların bitən yerinə...

Dənizin dadına baxaq,

Qumlara bürünək

Olmazmı ?

Mən sənin olum,

Dünyasa mənim..






Omrümün son baharı,
Günahim nəydi, Tanrım

Ya məni ona yetir,

Ya da,ölüm qurtarım.







 Biz səninlə bir sevginin

Gizlənqaç oyununa başladıq.

Mən səni, səndə məni tapmalıydıq

Gec açdıq gözümüzü,

Deyəmmədik sözümüzü.

Məni də, səni də özgəsini tapdi.






Yeddi qat göylərdə bir ulduz tutdum,
Ürəyimi laylalarla uyutdum

Nə çətin sevdaymış bu çılğın rüzgar?

Suçluyam...Mən səni səndə unutdum






Daha mən səninçün keçilmiş yolam,
Oxunmuş kitabam, dərilmiş çiçək.

Dönüb indən belə lap  qızıl olam,

Ya da daş parçası, nəyinə gərək.





 Məni bu günümdə axtarma,görmə.

Qorxuram görərsən, yazığın gələr.

Həsrətin qonduqca kipriklərimə,

Üstünə qar yağar, dolu ələnər.







 Gözündən as şəkilimi,

Ağla,səkilim nəm olsun.

Qoy qara kipriklərin,

Qara çərçivəm olsun.



/Mənbə: Qadınlar.biz/ 
 
 
 
 
 
 


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!