Sən gedincə şeiri

Sən gedincə şeiri
Sevgi Dünyası / Şeirlər - Hekayələr
07.11.2017 98
Sevgin ürəyimdə qərib düşübdür,
Yurdu talanıbdır yuvası uçub.
Gecələr sığınıb ümid payına
Dərin baxışında yuxu da susub.

Zaman çox yarama bil sığal çəkib,
Amma dərinlikdə nə çox qəm-kədər.
Nə çox iztirab var, nələr bilmirəm
Bəlkə ürək yatır bir ümman qədər.

Daha fikirlərim darma-dağındır,
Yolumun əvvəli başı görünmür.
Bəxtim daş içində sükut bağlayıb
Ayılan zamanı yaşı görünmür.

Özümü danlayıb günahkar deyə,
Elə hey kirpiklə od qaldırmışam.
Gözümü yollardan yığmışam daha
Özüm mən özümə dayaq olmuşam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!