Sevənlər deməyəydi

Sevənlər deməyəydi
Sevgi Dünyası
10.09.2017 11
 
Ötüb illər keçir, ötür qərinə,
Arzum yola düşür mənim yerimə,
Dünyanın səadət zirvələrinə
Tələsib, həmişə gecikən mənəm. 

Min soraq gətirən küləklər üçün,
Məhəbbət yuvası ürəklər üçün,
Mənimçün açılan çiçəklər üçün
Tələsib, həmişə gecikən mənəm. 

Zaman uçub gedir, gözləmir yenə,
Yağışlar tələsir qovuşsun selə,
Əvvəldən bildiyim səfərə belə
Tələsib, həmişə gecikən mənəm. 

Hicran qapımızı döyməyəydi kaş,
İllər gəncliyimə döyməyəydi kaş,
Sevənlər heç zaman deməyəydi kaş,
-Tələsib, həmişə gecikən mənəm
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!