Peşmançılıq

Peşmançılıq
Sevgi Dünyası
10.09.2017 57
Bir-birini canlarından da çox sevən gənclərin qovuşmalarını ailələri istəmirdi. Gənclər bir-birilərini o qədər çox sevirdilər ki, ayrıla bilmirdilər. Bu səbəbdən qız çox fikirli idi. Yolla gedərkən qarşına yaxın rəfiqəsi belə çıxsa, tanımayacaq qədər fikirli idi. Günlərin bir günü yolu qarşıya keçəndə qəza baş verir. Yarası ağır olduğu üçün yerindəcə keçinir. Bu xəbər ailəyə gəlib çatır. Qızın anası kədərdən xəstələnərək xəstəxanaya aparılır. İki gün sonra xəbər oğlana çatır. Oğlan inana bilmir, şoka düşür.

Qızın dəfn mərasiminə oğlan gəlir, amma tanınmamaq üçün uzaqdan baxır, göz yaşlarını içinə axıdaraq ağlayırdı. Hər gün təzə aldığı qızılgülləri sevgilisinin məzarı üstünə qoyub, şəklini öpüb evə qayıdır. İstər qış, istər yay olsun onu soyuq məzarında tək buraxmır. Bir gün qızın anası qızının məzarını ziyarətə gəlir və görür ki, məzarın üzərində təzə qızılgüllər var.Fikirləşir ki, yəqin qohumlardan biri ziyarət edib.

Qızın ölümünün 40-cı günü oğlan qızın məzarını ziyarət edir. Məzarı qucaqlayaraq həyata gözlərini yumur. Günorta qızın anası məzarı ziyarət edəndə məzarın üzərində kiminsə olduğunu görüb ora yaxınlaşanda gəncin qızını canından çox sevən sevgilisi olduğunu görür. Ana onların qovuşmalarına mane olmağına peşman olsa da, artıq onların heç biri həyatda yox idi...



/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!