Neyləyim

Neyləyim
Sevgi Dünyası
10.09.2017 43
Saf bir məhəbbətdir mənim diləyim,
Yar məni sevməsə vurmaz ürəyim,
Sənsə naz edirsən sevmirsən məni,
Məni sevməyinçün söylə neyləyim?
 
Hər şeyim sənindi söylədim sənə,
Səndən istədiyim saf sevgi oldu,
Arzumu diləyimi vermədin mənə,
Məni sevməyinçün söylə neyləyim?
 
Mən səni özümə sirdaş bilmişəm,
Hər nə edirsən et qəbul etmişəm,
Məni sevmədiyini çox gec bilmişəm,
Məni sevməyinçün söylə neyləyim?
 
Deyirəm qoy hamı eşitsin bunu,
Sevməsən qırılar sevginin qolu,
Yaman əzablıdır sevginin yolu,
Məni sevməyinçün söylə neyləyim?
  

Qarşılıqsız Sevənlərə.....!!! 






 

 
 
 
 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!