Sevən kişini anlamağın 3 yolu

Sevən kişini anlamağın 3 yolu
Sevgi Dünyası
10.09.2017 11
Kişilərin qarşımızda necə davrandıqlarından yola çıxaraq, onları tanımaya və dolayısı ilə də anlamağa çalışacağıq. Kişi yoldaşınızın görüşmələrinizdə necə davrandığını araşdırın. 



Əlləri, baxışları, qaşları və mimikaları onu ələ verir. Sevən kişini anlamaq üçün, onun sizə necə davrandığına baxmanız lazımdır. Baxaq sizin kişiniz, sizi həqiqətən sevirmi? Budur kişilərin bədən dili..



İlk etapda kişinizin baxışlarını araşdırın. Kişi bədən dilində, baxışlar böyük əhəmiyyət daşıyır. Onu baxışlarına baxaraq anlamağa çalışırıq.



Sizə necə baxır?



Gözlərinin içinə doğrudan və ara vermədən baxa bilirsə, bu, onun özünə olan güvəninin əlamətidir. Yəni sizə olan yanaşmasının müvəffəqiyyətli olduğundan ötəri özünə etibarı tamdır. Təbii bu vəziyyətin tərsi də söz mövzusudur. Əgər söhbət əsnasında başqa şeylərə adabta olmuş kimi görünürsə, özünə olan güvəninin az olduğunu, bu səbəblə gərgin olduğunu amma sizdən xoşlandığı üçün gərginlik yaşadığını düşünə bilərsiniz.



Gözlərini gözlərinizdən qaçırması, hər vaxt sizdən xoşlandığı mənasına da gəlməz. Birbaşa göz kontaktıından çəkinməsi ya da hamısıyla üzünü başqa yerə çevirməsi, saxtakarlığını örtmə istəyindən də qaynaqlana bilər.



1-Ovucunu açmaq



Sizinlə danışarkən sevgilinizin əl hərəkətlərini izləyin. Ovuc içlərini göstərirsə duyğularından əmin ola bilərsiniz. Bu hərəkəti edən adam, qarşısındakı insana açıq ürəkliliklə yaxınlaşmaq istəyindədir və ona daha dərin bir şəkildə bağlanmağa məqsədindədir. Əslinə əlini açaraq, sizə ürəyini də açdığını göstərmək istəyir.



2-Başını əyərək baxmaq



Qarşınızdakı kişinin sizə qarşı hiss etdiyi eşqin bitib - bitmədiyini göstərən ən dəqiq işarədir bu baxış. Başını sağ və ya sol tərəfə yatırdaraq baxması sizə olan heyranlığını göstərər. Bu bir az zəhlətökən bir baxışdır. Sevgiliniz, zərərsiz olduğunu və sizə yaxınlaşmaq istədiyini göstərməyə çalışar. Amma bu şüurlu olaraq etdiyi bir hərəkət deyil. İçindən elə gəlir. 



3-Tek qaşını qaldırmaq



Sevdiyi biriylə qarşılaşan kişinin qaşını qaldıraraq baxması çox təbiidir. Mimikalarını tutmaq üçün onu diqqətli izləməlisiniz. Çünki qaş göz hərəkətləri ümumiyyətlə anlıqdır.
Sevgilinizin ya da yoldaşınızın sevgi sözləri qeyri-kafi gəldiyində nə etməlisiniz? Təbii ki, ona sevgisini daha çox dilə gətirməsi üçün təzyiq tətbiq etmək deyil etməniz lazım olan. Çünki onsuz da əlindən gələn o qədərdir sevgisini sözlərlə ifadə etmək üçün. Halbuki bəzən davranışlar sözlərdən daha açıqlayıcıdır. Onun davranışlarına adabta olun və sevgisini göstərən hərəkətləri görməyə çalışın. 


/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!