Ağlama ürəyim

Ağlama ürəyim
Sevgi Dünyası
10.09.2017 3
 Bilməzdim əzablar çəkəcəysən sən,
Bilməzdim dirilib öləcəysən sən,
Ağlamaqdan Vallah tükənəcəysən.
Ağlama ürəyim ağlama daha.
 
Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər,
İzin ver göz yaşın dostlar silsinlər.
Ağlama ürəyim ağlama daha.
 
Sən layiq deyilsən bu göz yaşına,
Sevdiyin daş saldı sənin başına,
Ağlamaq yaraşmır sənin yaşına,
Ağlama ürəyim ağlama daha.
 
Həyatda ağrılar çox görmüsən sən,
Bilirəm o şəxsi çox sevmisən sən.
Onun yoxluğunda yaş tökmüsən sən,
Ağlama ürəyim ağlama daha.
 
Biz yox, bizi ayıranlar utansın. İlk sevgimə......

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!