Səndən sonra.

Səndən sonra.
Sevgi Dünyası
10.09.2017 8
Sənin gedişinlə dayandı nəfəs,
Əyilməz sevgimi sən əyə bildin. 
Mənim sözlərimə can deməyən kəs,
Necə özgəsinə can deyə bildin?!



Özündən aşağı saydın sevgimi,
Sən öz hisslərini yuxarı tutdun. 
Məndən üstününü sən tapan kimi,
Gör məni bir günə necə unutdun...



Mən sənin qəlbində dərin bir dəniz,
Deyirdin, qəlbində keçilməz dağam.
Bəlkə də sanırdın ölərəm sənsiz,
Görürsən gəzirəm, hələ də sağam.



Sevdiyin möhtacsa səndə sevgiyə,
Sevən sevgisiylə qəlbi dağlamaz.
Daha ağlamıram bilirsən niyə?
Qorxuram, deyərlər kişi ağlamaz... скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!