Sən varsan neyniyirəm özgəsini!

Sən varsan neyniyirəm özgəsini!
Sevgi Dünyası
10.09.2017 3
Səninlə gəzdiyim küçələrdən keçirdim, sanki tək deyildə səninlə gəzirdim. Oturduğumuz yerləri bəzəmişdi xəyalın. Hava da çox soyuq idi amma içimi isidirdi yalnızlıq. Hamı yağış damcılar altında harasa qaçır, mən isə zövq alırdım. Asta-asta addımlarla zamanın axarına qarışırdım.
Qulağımda qulaqcıq QaraQan deyirdi:



Yaddaşım səni basdırmır hələ ki sağsan

Bacarmıram,Gizlətmirəm,Utanmıram

Peşman deyiləm ettiylərimə ama sən peşmansan

Amma yoxsan.

Ən çox lazım olan anda sən yoxsan

Sənsiz azadlıqda zindan sən yoxsan

Sən yoxsan.

Mənim təkliyim,yaralarım,dərdlərim,gecələrim



Bu sətirlər damla-damla ürəyimə vururdu, göz yaşımla tökülüb üzümə düşən yağış damcılarına qarışırdı. Nə düşünə bilirdim, nə də hiss edə...

Evə tələsirdim, sanki hər kəsə mənə baxırdı. Amma onlar görmürdülər göz yaşımı. Bu sizin bildiyiniz normal bir göz yaşı deyildi,hər damla ürəyimdə fırtına yaradır. Sənli günlərimi, bıçaq kimi qəlbimə sancırdı. Beynimdə olan suallar hamısı cavabsz qalırdı. Niyə mən səni bu qədər çox sevdim? deyə...

Artıq evə çatdım qapını açıb içəri girdiyimdə öncə aynaya baxdım,axı mən başqa qızlardan fərqli olaraq aynaya baxmağı sevmirəm,çünki özümü görmək əzab verir mənə.

Bəlkədə deyəcəksiniz, niyə?

Çünki mən özümün gözlərində səni görürəm. Baxdım gözlərimə diqqətlə

Acı gördüm sənsizliyin acısını, gözlərimə diqqətlə baxanda hiss olunurdu. Gülən gözlərimdən əsər-əlamət qalmamışdı. Hər səni mənə xatırlatdıqca, yaşlarla əvəz olunurdu təbəssümüm. 

Həsrət gördüm gözlərimdə elə bir həsrət ki, ucsuz-bucaqsız. Keçirdi önümdən xatirələr şirin. Gözlərimdə sevgi var idi əvəz olunmaz həm də çox əziz. Birdə Sən var idi başqası olması mümkünsüz...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!