Küsənləri Barışdıraq..

Küsənləri Barışdıraq..
Sevgi Dünyası
10.09.2017 10
Gör neçəsi küsüb bizdən,
Könül qıran sözümüzdən.
Gəl başlayaq özümüzdən,
Küsənləri barışdıraq.



Birisinin üzü dönüb,
Səsi çıxmır, sanki ölüb.
Bir ürəkdə çıraq sönüb,
O çırağı alışdıraq.



Özümüzə edib hörmət,
Sözümüzə verək qiymət.
Nəyə lazım edib qeybət,
Araları qarışdıraq.



Birinə verib sualı,
Bilək necədir əhvalı.
Yoxsa salıb qalmaqalı,
Düyünlərə dolaşdıraq.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!