Nə səndən xəbər var, nə sevgimizdən

Nə səndən xəbər var, nə sevgimizdən
Sevgi Dünyası
10.09.2017 2
Nə səndən xəbər var, nə sevgimizdən



Ayrildiq deməyin qəlbimi dəldi,
Sanki ayriliqla işlər düzəldi.
Menden ayri qalmaq xoşuna gəldi?
Sən inciyib getdin bir adi sözdən.



Son vaxtlar qəlbimi yaman sixiram,
ÖtƏn günlər üçün çox darixiram.
Gözler qəlbin aynasidir, baxiram,
Oxuya bilmirəm sevgini gözdən.



Sevərdin yağisi , birdə Xəzəri,
Yağişda gəzərdik bütün şəhəri,
Artiq görüşmürük o vaxtdan bəri,
Yağan yağişlarda küsübdü bizdən.



Dənizə gedirəm, sən inciyəndən,
Təkcə dənizdir ki, incimir məndən.
Həm söhbət oluram dənizle, səndən
Xəbər gözləyirəm sanki dənizdən.



Sevgimi qəlbimdə besləyirəm mən,
Səni addimbaşi səsləyirəm mən.
Geri gətirməyi istəyirəm mən,
Səni uzağlara aparan izden.



Qəlbində həsrətdən tikib saraylar,
Amil həm esqin, həm səni haraylar,
Seən getdiyin gündən keçse də aylar,
Nə səndən xəbər var, nə sevgimizdən.!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!