"Bəs niyə unuda bilmirəm səni?"

Sevgi Dünyası
10.09.2017 21

Sən ki qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?



Talanıb eşq adlı sərvətim, varım,
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?



Üz-üzə qalmışam kədərlə, qəmlə,
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!