Yaşananlar bir yuxu imiş..

Yaşananlar bir yuxu imiş..
Sevgi Dünyası
10.09.2017 34
Ötüb yaşananlar bir yuxu imiş
Bu gecə qəribə bir zülmət oldu,

Hər şeyin bir sonu olur deyirler
Bizimki bitməyən rəvayət oldu.



Düşünən heykəltək durub donubsan
Niyə saralıbsan, niyə solubsan?
Gələn ilk elçiyə razı olubsan
De bunun harası məhəbbət oldu?



İndi sən fəxr elə özünlə öyün
Çalındı vağzalı oldu toy düyün
Barmağa üzüklər taxıldığı gün
Məhəbbət çevrilib xəyanət oldu.



Bu həyat yalansa sevgi yalansa
Dağılıb yox olsun var olmaqdansa
Olan mənə oldu sənə olansa
Neçə qonaqlıqlar ziyafət oldu.



Qurtardı bu röya ay oğlan oyan
Bir şey dəqiqliklə ağlıma əyan

Sevgi yaşayacaq hər an hər zaman
Məhəbbət, ləyaqət, sədaqət oldu!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!