Niyə özümüzə insan deyirik?

Niyə özümüzə insan deyirik?
Sevgi Dünyası
10.09.2017 10

Biz lağa qoyuruq tənha,

Yalqızı ağıza alırıq mincür saqqızı
Dərsə buraxmırıq hicablı qızı
Amma danışanda VİCDAN deyirik?
Niyə özümüzə İNSAN deyirik?!
Döymələr yazılır gəncin qoluna,
Mələksə yazır günahları bir bir soluna
Heç qurban kəsmirik ALLAH yoluna
Tələbə olmaqçün qurban deyirik
Niyə özümüzə İNSAN deyirik?!
Məkkəyə getmirik gedirik aya
Dincəlmək gözüylə baxırıq yaya 
Kobud davranırıq ata, anaya
Amma sevgiliyə AYCAN deyirik
Niyə özümüzə İNSAN deyirik?!
Gənclər narkotiki doldurur qana
Guya bu qulluqdur bədənə cana
Uzun saçlılara sırğa taxana
Qəşəng yaraşıqlı oğlan deyirik
Niyə özümüzə İNSAN deyirik?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!