İlk görüşdə bu sualı soruşmaqdan çəkinməyin...

İlk görüşdə bu sualı soruşmaqdan çəkinməyin...
Sevgi Dünyası
10.09.2017 47
Qarşınızdakı
insanın ilk görüşdə  necə bir insan olduğunu bilmək üçün bu sualları
soruşun. İlk görüşdə səssiz qalıb onu müşhaidə etmək yerinə, şən ancaq
sizə onu tanıda bilən suallar verməkdən çəkinməyin. 




1. Ən favori tv proqramı hanısıdır? (film də ola bilər) – Bu sual onun duyğusal tərəflərini ön plana
çıxardacaq. İzlədiklərinin nə dərəcədə duyğusal, sizin izlədiklərinizlə
aranızda nə qədər oxşarlıq və fərqlilik olduğunu müəyyənləşdirə
biləcəksiniz. Dünyaya eyni pəncərədən baxıb-baxmadığınızı anlmağa
çalışın. 



2. Gördüyü işi sevir? – "Nə işi görürsən?” kimi üstü örtülü bir sual yerinə onun xarakteri
haqqında məlumat verən bu kimi suallar onu yaxından tanımağa kömək
edəcək. Karyerası ilə bağlı bir neçə sual versəniz, xoşuna gəldiyi və
gəlməyi davranışlar, nələrə hirsləndiyi, güclü olduğu hallar,
xoşbəxtliyi nədə gördüyü və.s mövzular haqqında məlumat sahibi olun.
Bəzən ona "İnsanların xəyallarından ibarət olduğunu düşünürəm” kimi
cavab şəklində suallarda ünvanlaya bilərsiniz. 



3. Münasibətlərdəki açıqlıq sənin üçün nə ifadə edir? – Adətən bu sahədə  söhbət düşəndə keçmiş münasibətləriniz haqqında
nümunələr veririk. Hər ikiniz də bir almanın yarısı kimi olmaq
istəyirsiniz? Sualı verərkən bu açıqlamanı da etməyi məsləhət görürük.
"Bu sualı vermək üçün erkən ola bilər amma daha əvvəl görüşdüyüm
insanlar sevgidən nə istədiklərini və gözldiklərini bilmirdirlər. Məndən
gözlədiyi şeyləri etdiyimi umaraq görüşməyə davam etdik. Açığı bu çox
davam edə bilmədi…” Onun sizə verəcəyi cavab gözlədiklərinizi
dəyərləndirməyə kömək etməklə birlikdə, gələcəkdəki qəlb qırıqlığını
təmin edəcək. 



4. Pul qazanmaq məcburiyyətində olmasa idin, həyatda nə ilə məşğul olardın? – Görüşlərdə xəyallar, ümidlər, hətta peşmanlıqlar aradakı buzları
əridir. Keçmişdə pianino çalmaq arzunuz, ya da səyahət etmək istəyinizlə
bağlı cavablarınız sizin daxili aləminizi əks etdircək.
 Paylaşdıqlarınız gün keçdikcə ortaq maraq dairənizi yaradaqcaq. 



5. Ən çox utandığın anı mənimlə paylaşa bilərsən? – Bu əyləncəli sual gözəl söhbətin qapılarını açacaq. Bu cür fərsizlik
və natarazlıqların ilk görüşdə bəhs edilməsi sizi narahat edə bilər.
Səhv başa düşülməyən və hər kəsə danışıla bilən əhvalatları danışın. 



Bu
kimi suallar sevginizin ömrünün nə qədər olacağını əvvəlcədən
müəyyənləşdirməyə kömək edir. Sizi stress keçirmədən xilas edərək
xoşbəxt sevgiyə addım ata biləcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!