Bir həyat yoldaşım olsun istədim

Bir həyat yoldaşım olsun istədim
Sevgi Dünyası
10.09.2017 10
Bir həyat yoldaşım olsun istədim
Yalnız onun olum oda mənim.
Hər axşam işdən evə gəlməyini
Həsrətlə saata baxıb gözləyim.
 
Sevdiyi yeməkləri hazırlayım,
Ona xidmət etmək üçün yorulum.
O qapıdan içəri girən kimi
Şıltaq üşaq tək boynuna sarılım
 
Sevməsədə yeməklərin dadını,
Üzülməyim deyə iştahla yesin
Hər yeməkdən sonra öpüb əlimi
"Əllərinə sağlıq sevdiyim" desin
 
Oturaq divanda sarmaşıq kimi
Başımı söykəsin öz sinasinə
Saçımı sığallayarkən mən onun
Qulaq asım ürək döyüntüsünə
 
Bir həyat yoldaşım olsun istədim
Üzümü güldürmək üçün can atsın
Arada şirin dəliliklər etsin
Məi qucağına alıb fırlatsın
 
Bərabər keçən hər günümüz bayram
Mənlə ona samanlıq seyran
Dağımıq ikən sevsin saçlarımı
O hər halımla mənə heyran olsun
 
Səhərlər oyanıb məni izləsin
Yuxudan oyanmağımı gözləsin
Gözlərimi açan kimi öpərək
"Sabahın xeyir olsun ömrüm" desin



Bir oğlumuz olsun ona oxşayan
O bir qız istəsin mənə oxşayan
Bir həyat yoldaşım olsun istədim
Məni atam kimi sevib oxşayan
 
Müəllif: Rəşadə Əşrəf скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!