Demək inanmırdın

Demək inanmırdın
Sevgi Dünyası
10.09.2017 16
Ey qərib sevgilim anladım indi,
Aldığın yaralar niyə dərindi.
Yanarkən mən burda eşqin odunda,
Sənin buz ürəyin,buz tək sərindi.
 
Demək inanmırdın əvvəldən mənə     
Bəs o göz yaşları nədir desənə?
Yoxsa buz ürəyin buz tək əriyib   
Eşqin odundanmı axıb sinənə.
                                                   
Demək inanmırsan sevən ürəyə,
Eləsə inanma günəşə göyə,
Bəlkə inanmısan şərə,yalana
Bəlkədə yanısan acı kələyə.
 
İnanma, aldanma eşqin adına,
Sevirəm sözünü salma yadına,
Sevməyən anlamaz eşqin dadını
Dilinin ucuyla baxma dadına. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!