`Mən evli bir adamam`

`Mən evli bir adamam`
Sevgi Dünyası
10.09.2017 5
Axşamdan qalma böyük bir başağrısı ilə adam səhər oyandı. Çətinliklə gözlərini açıb, yerindən qalxıb, ətrafına baxdı. Tumbanın üstündə bir stəkan su və iki aspirin var idi.Yatağın ayaq tərəfindəki kürsüdə paltarları təmiz və ütülənmişdi .. Aspirini içərkən, tumbadakı not diqqətini çəkir: ''Sevgilim, sabahın xeyir. Nahar mətbəxdədi. Mən alış-verişə çıxıram, tez qayıdaram. Səni sevirəm" Qalxıb, geyindi və səhər yeməyi üçün mətbəxə getdi. Oğlu oturub nahar edirdi. Masada da öz yeməyi və qəzetləri vardı. Oturur, nahara başlamazdan əvvəl oğlundan soruşur: "Oğlum, dünən gecə nə oldu, bilirsən?" Hə ata, dünən gecə saat 3-ü keçirdi, sərxoş olaraq evə gəldin. Əvvəl dəhlizdəki stulu aşırtdın, sonra qusdun, daha sonra da otağının qapısına başını vurdun, bir gözün göyərdi. Adam, çaşmış vəziyyətdə: Anlamadım. O zaman niyə hər şey təmiz, səhər yeməyi hazır və qəzetlərdə alınib? Onumu soruşursan. Anam səni sürüyərək yataq otağına aparıb, şalvarını çıxartmağa çalışanda, "xanım, məni tək buraxın! mən evli bir adamam "dedin.
 
P.S: Kaş hər bir kişi bu cür sədaqətli ola bilsə, elə deyilmi? скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!