Sən məni itirdin!.

Sən məni itirdin!.
Sevgi Dünyası
10.09.2017 32
Hər kəsin getdiyi kimi, hər kəsin
etdiyini sən də etdin! Arzularımı
məhv etdin...
Göz yaşlarım dayanmaq bilmir,
boğuluram... Getdiyin gündən bəri
həyatımı məhv etdin...
Üzülürəm sənə görə, dayana
bilmirəm... Hər gün zülmlü gecələr,
hər gün göz yaşları... Nə qədər
olar? Nə qədər sənin həsrətini
çəkəcəm?!
Səninlə hər gün olmağa alışmışdım,
sevməyi öyrətmişdin mənə... Bəs
necə gedə bildin?! Arzularımı necə
məhv edə bildin?!
Bəs deyirdin ki, sənin üzülməyivə
heç vaxt dözə bilmərəm?
Üzülürəm sənə görə... Ağlayıram,
artıq dözə bilmirəm...
Dözmək olmur, bu acıya tab gətirə
bilmirəm!
Bu qədər birinə bağlanarkən
gözlənilmədən onu tərk etmək çətin
duyğudur... Sözlə sevgini izah
etmək olmur... Sənə olan sevgimi
əsla izah edə bilməyəcəm...
Bəs deyirdin qarşımızda hələ bir
həyat yolu vardı, birlikdə yaşıyacaq
çox şeylərimiz vardı, bəs hanı bu
sözlərin? Yalanmıydı?
Sevgin saxtamıydı? Yəni məni heç
sevmədinmi?!
Unutdunmu? Bəs o söylədiklərin nə
oldu? Məni heç bir su damcısı
qədər də sevmədinmi?
Dediyin sözlərin nə oldu? Sevgin nə
oldu axı?
Gedişinlə bir tək yalnızlığımı
mənimlə qoydun... Hər şeyimi alıb
getdin...
Şən, xoşbəxt günlərimi alıb getdin...
Mənə heç bir xatirə buraxmadan,
heç bir şey buraxmadan hər şeyi
alıb özünlə aparırsan...
Bir dənə yalnızlığımı mənimlə
qoydun... Necə gəldinsə, eləcə də
gedirsən... Mənimlə olan günlərini
unudub, gedirsən həyatımdan...
Amma buna layiq deyildim mən...
Sənin məni tərk etməyinə layiq
deyildim... Gün gələr peşman
olarsan məni itirdiyinə görə...
Xoşbəxt günlərimi alıb özünlə birgə
apardığına görə peşman olarsan...
Bax o zaman yanında olmaram
mən... Əslində mən səni
itirmədim... Nə də məni sən atıb
getdin... Atılanlar həmişə
dəyərsizlər olur... Mənsə səni
sevirdim... Sən məni itirdin!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!