Yaxın gəl... oduna gir bu ürəyin....

Yaxın gəl... oduna gir bu ürəyin....
Sevgi Dünyası
10.09.2017 5
Çox sevdiyim şeirlərdən birini sizinlə paylaşmaq istədim.Ancaq müəllifinin kim olduğunu bilmirəm.Kim bilirsə öz şərhində qeyd edə bilər.Əvvəlcədən təşəkkür edirəm.

Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr,eyhamlar oyaq.
Yox,mən istəmirəm bir qorxu kimi
Yaşayaq bu sayaq,ölək bu sayaq.


[/b]
Niyə baxışların üşüdür məni
Qəlbin ki, qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir, nə nifrət yeni,
Elə tərəddüd də köhnədir....
                           yetər!....



Bəlkə də adama çox söz deyərlər
İstəsən inanma,istəsən inan.
Ayiq ol,adama çox söz deyərlər
Gör hansı doğrudur,gör hansı yalan.



Yaxın gəl...                           
           oduna gir bu ürəyin.
Sevənlər payiza,qışa bürünməz.
Əsl çiçəklərlə kağız çiçəyin[b]

Uzaqdan baxmaqla fərqi bilinməz!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!