Eşq budur!

Eşq budur!
Sevgi Dünyası
10.09.2017 5
Yaşlı bir adam səhər evdən çıxanda velosipedlə toqquşur. Küçədən keçənlər dərhal onu yaxınlıqdakı xestəxanaya çatdırırlar. Tibb bacısı qocanın yarasını sarıdıqdan sonra rentgen çəkdirmək üçün gözləməyi xahiş edir. Ancaq qocanın tələsdiyini görən tibb bacısı bunun səbəbini soruşur. Qoca "Həyat yoldaşım qocalar evində qalır, hər gün səhər yeməyimi onunla yeyirəm" -deyə cavab verir. Tibb bacısı "Yəqin ki, narahat olacağından qorxursunuz?" -deye soruşur. Qoca kədərli bir ifadə ilə "Yox, həyat yoldaşım xəstədir və mənim kim olduğumu bilmir" -deyir. Tibb bacısı heyrətlə "Madam ki, sizin kim olduğunuzu bilmir, elə isə niyə hər gün onunla yeməyə tələsirsiniz?" -deyə soruşur. Qoca zəif səslə cavab verir: "Mən ki, onun kim olduğunu bilirəm"...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!