Məndəki də şairlik deyil ki,dəlilikdi

Məndəki də şairlik deyil ki,dəlilikdi
Sevgi Dünyası
10.09.2017 9
 
 
Dünənki şeirlərimə görə yaşayıram həyatımı.




๑۩۞۩๑




Sabahlarımı özüm qururam mən.




๑۩۞۩๑




Bu gün yazdığıma baxma,bu sabahın şeiridi.




๑۩۞۩๑




Sabah üçün yazıram mən.




๑۩۞۩๑




Mən dəlinin biriyəm,öləcəyim günü də təyin etmişəm çoxdan....




๑۩۞۩๑




Mənə qismətdən danışma,sevgilim.




๑۩۞۩๑



Mənə dünəndən danış.
๑۩۞۩๑






Dünən neçə saat düşünmüsən məni?




๑۩۞۩๑



Darıxıb ağlamısan heç?...




๑۩۞۩๑



Bax,əgər aglamamısansa dünəni saymayaq.




๑۩۞۩๑



Çünki mən də ağlamadım dünən.




๑۩۞۩๑



Gəl,dünəni həyatımızdan qoparaq.




๑۩۞۩๑



De görüm,sabah neyləyək?




๑۩۞۩๑



Məncə sən bir sms yaz sabah.




๑۩۞۩๑



Sonra da zəng vur,yalandan de ki,səhv göndərmişəm.




๑۩۞۩๑



Söhbətin ən şirin yerində səninçün nə qədər darıxdığımı deyim.




๑۩۞۩๑



Sən də de ki,hələ də meni sevirsən.




๑۩۞۩๑



De ki,unuda bilmirsən hələ də.




๑۩۞۩๑



İnanacam,söz verirəm.




๑۩۞۩๑



Sabah çox maraqlı olacaq.




๑۩۞۩๑



Hamıdan gizli görüşərik istəsən.




๑۩۞۩๑



Boğazımdakı xaldan öpərsən.




๑۩۞۩๑



Mən də saçını qoxlayaram,məst olub qalarıq hansısa bir küçədə.




๑۩۞۩๑



Xoşuna gəlməyən nəsə varsa de,çıxardım sabahımızdan.




๑۩۞۩๑



Ya da,nəsə əlavən var bəlkə.




๑۩۞۩๑



Əşşi,ya da boş ver.




๑۩۞۩๑



Unut getsin.




๑۩۞۩๑



Məndəki də şairlik deyil ki,dəlilikdi.



๑۩۞۩๑


 









 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!