Günəş və küləyin əhvalatı

Günəş və küləyin əhvalatı
Sevgi Dünyası
10.09.2017 10
Bir adam əynində pencək, başında papaq geyinib yolla gedirmiş. Günəş və külək mərcə gəldilər. "Bu adamın papağını və pencəyini kim çıxara bilər? "Püşk atdılar, birinci cəhd küləyə düşdü. Əsdikcə əsdi. Adam külək gücləndikcə papağından və pencəyindən daha da bərk tuturdu. Külək fırtınaya çevrildi.Yolçunu ora-bura çırpdı. Xeyiri olmadı. O, papağını və pencəyini itirməmək üçün var gücü ilə mübarizə aparırdı. Sonda külək sakitləşdi, təslim oldu.

İndi növbə günəşdə idi. O bir az görünəndə adam papağını çıxardı. Bir az da istiliyini artıranda pencəyinin düymələrini açdı. Günəş daha da qızanda pencəyini də çıxartdı. Külək: "Yaxşı, mərci sən qazandın"-dedi...



P.S: İnsanların xətaları üstlərindəki yaralar kimidir. Sərt bir əl ilə edilən müdaxilədən narahat olar, toxundurmaq istəməzlər. Qüsurlara günəş kimi isti şəfqətli yaxınlaşmalı, külək kimi sərtliyə əl atılmamalıdır. Sərtlik şəxsin dünən xəta dediklərini bu gün qəbul etməsinə səbəb olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!