Bir gecənin romantikası

Bir gecənin romantikası
Sevgi Dünyası
10.09.2017 15
                                                         Gecəni özümlə gətirmişəm səninlə görüşmək üçün...

Üz-üzə dayanmışıq ay işığında.

Əllərim əllərində,gözlərim gözlərində,

Nəfəsi bir alırıq birgə döyünən ürəyimizdən.

Göyə baxırıq,səmanın dərinliyində bir-birinə göz vurur sayrışan ulduzlar.

Yerə baxırıq,bədirlənmiş ay bərq vurur mavi gölün ayna sularında....

Aramızda sükut var.....

                     Nə sən danışırsan....

                                               Nə də mən.....

Başımızın üstündə yellənən salxım söyüdün budaqları pozur bu lal sükutu...

Gecə keçir,vaxt ötür.

Bir azdan səhər gələcək....

Qurtaracaq,sona yetəcək vüsal anları.

Yenə hicran,yenə həsrət,yenə intizar.......

Bir-birimizə qısılırıq nəfəs-nəfəsə,ayrılığın acığına.

"Demək,sabah gedirsən..."-güclə qopur dodaqlarimdan boğazdan yuxari deyilən bu kəlmələr.

"Hə,sabah yola düşürəm,bu son görüşümüzdü səninlə"

"Salamat get.Sənin xəyalın,bir də xatirələr qalacaq mənimlə"

Yenə sükut...

                   yenə lal baxışlar...

                                         Yenə ürəklərin aram-aram döyüntüsü....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!