Səni danmıram

Səni danmıram
Sevgi Dünyası
10.09.2017 19
Nə olsun biz indi yad adamlarıq,
Boynumdan atmıram, sevmişəm səni.
Sənə pıçıltıyla dediklərimi,
Hələ unutmuram sevmişəm səni.
 
Vallah nə gizlədim kimisə hərdən,
Çaşıb çağırmışam sənin adınla.
Uçmaq istəmişəm yanına bəzən,
Bu sınmış, salıxmış tək qanadımla.
 
Xeyli deyişmişəm məni arabir,
Qəfil kövrələndə görəsən hələ.
Dağlardan, düzlərdən, sulardan keçib,
Sorağın gələndə görəsən hələ.
 
Ömür nə imiş ki, peşimançılıq
Min dəfə peşiman olmuşam azı.
İldə bir ətrini külək gətirsin,
Razıyam mən indi ona da, razı.
 
Haqlısan arxamca nə deyirsən de
Gözümə görünmə, yuxuma girmə.
Bircə təsəllim var səni danmıram
Səni anmağımı mənə çox görmə.
 
Müəllif: Əjdər OLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!