Limon arzusu

Limon arzusu
Sevgi Dünyası
10.09.2017 6
Vaxtilə hamilə bir qadın, qonşusuna qonaq olur. Oturduqları otaqda budaqları limonlarla dolu olan böyük bir limon ağacı görür. Canı limon istəyir, amma heç cür qonşusuna söyləyə bilmir, utanır.

Bir ara qonşusu mətbəxə gedincə o, yaxasından çıxardığı bir tikiş iynəsini limona batırar və dəldiyi yerdən limon suyunu əmərək bu istəyini təmin edir.

Nəhayət, bir oğul övladı dünyaya gəlir. Çöldə gəzmə, oynama, daha doğrusu dəcəllik etmə çağına gəlincə çölə çıxar. O zaman bəzi insanlar tuluqla su daşıyırlar. Bu uşaq əlinə bir mismar alır və su daşıyan adamların arxasınca düşür. Tuluqlarda dəlik açaraq axan sudan içməyə başlayır. Bu vəziyyət bir neçə gün belə davam edəndə dərhal uşağın atasına vəziyyəti izah edib bu yaramazlığından ötəri oğlundan şikayət edirlər.

Adam düşünüb daşınır. Uşağının nə üçün belə etdiyini başa düşə bilmir. Vəziyyəti xanımına izah edir. Uşağın nə üçün belə etdiyini soruşur. O da başından keçən hadisəni olduğu kimi nəql edir.

Bu işin haradan qaynaqlandığını anlayan kişi öz arvadına:

- Dərhal qonşuya get və hərəkətini izah et, sonra da halallıq istə. Əgər belə etsən elə zənn edirəm ki, oğlumuz da bu qəribə hərəkəti etməkdən çəkinər, deyir.

Qadıncığaz qonşusugilə gedib vaxtilə başından keçən hadisəni izah edir. Ondan üzr istəyir, haqqını halal etməsini istəyir. Qonşu xanımı da bu vəziyyətə çox kədərlənir. Niyə o zaman limon istəmədiyini deyir və qonşusuna bir limon deyil, limon aöacında olan bütün limonların fəda olmasını söyləyərək haqqını halal edir. O zamandan sonra Allahın izni ilə uşaqları da bu qəribə hərəkətlərindən imtina edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!