Varmı?

Varmı?
Sevgi Dünyası
10.09.2017 9
Sən bəlkə də çoxdan unutdun məni,
Sildin yaddaşından mənli illəri.
Düşün xatırlayıb ötən günləri,
Dünyada mənim tək sevənin varmı?
 
Sevib-sevilməyə vaxtım yox dedin,
Hələki gec deyil uzaqlaş dedin.
Yetərdi inan ki, ikimizə də,
Bu sevgim böyükdü, bəhanən varmı?
 
Bilmirsən, eşqindən havalıyam mən?
Sevincim yox olub, kədərdəyəm mən.
Sənin həsrətinlə qocalıram mən,
Vüsalın dərmandı, əlacın varmı?
 
Bu qəlbim dərdinlə qübar olsa da,
Sevəcəm yolumuz ayrı olsa da,
Mənə bu sevgidən kədər qalsa da,
Adın qəlbimdədi, dahası varmı?
 
Kim bilir bəlkə də peşman olmusan,
Tənhalıqdan bezib, sən usanmısan,
Mənə dön deməyə çox utanmısan,
Sənsiz nə haldayam, xəbərin varmı?
 
Müəllif: Deniz_24скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!