Dərdli sevgilim

Dərdli sevgilim
Sevgi Dünyası
10.09.2017 41
Ey məni dərdlərə salan sevgilim! 
Daha həsrətinlə yanan deyiləm. 
Məni zülmətlərə qərq edən zalım! 
Daha yollarına baxan deyiləm. 



Nə olsun sən idin ilk məhəbbətim 
Bu qədər dərdlərə saldın sən məni 
Axırda qədrimi bilməyib mənim 
Başqa birisinə satdın sən məni. 



Bu dünya nə qədər dolanacaqsa, 
Allahım o qədər gün versin sənə 
Yaşamağın mənim olmamağımsa 
Allahım canımdan can versin sənə 



Dilim gəlməz sənə qarğış etməyə 
Tək diləyimdir xoşbəxt ol səni 
Sözüm bitməz sənə dua etməyə 
Həmişə Allahım qorusun səni. 



Gecələr dərd, qəmim bitməz oldu, gəl 
Sınmış ürəyimi qırma bir daha 
Açılan sabahlar keçməz oldu, gəl 
Ərimiş bu cana qıyma bir daha!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!