Sən onu sevirsən o da özgəni

Sən onu sevirsən o da özgəni
Sevgi Dünyası
10.09.2017 25
Ürək intizardan üzülüb gedir

Məhəbbət ilmətək çözülüb gedir

Qəribə bir zəncir düzülüb gedir

Sən onu sevirsən, o da özgəni...

[/b]



Yorsan da gözünü yolunun üstə

Dönsən də sağının, solunun üstə

Yazsan da adını qolunun üstə

Sən onu sevirsən, o da özgəni...



Onsuz ilə dönür ömrün hər anı

Zəifsən, bu dərdin yoxdu dərmanı

Sərsən də önünə bütün dünyanı

Sən onu sevirsən, o da özgəni...

 



Nə nidan bitəcək, nədə ki sorğun

Bəlkədə o səndən daha da yorğun

Onunda sevdiyi kiməsə vurğun

Sən onu sevirsən, o da özgəni...




[b]
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!