Nə fərqi var ayrılığın ölümdən

Nə fərqi var ayrılığın ölümdən
Sevgi Dünyası
10.09.2017 4
Gedəndə demişdin qayıdacağam,
Qayıt daha, qurtar məni zülümdən.
Bilmirəm ölüyəm, bilmirəm sağam,
Nə fərqi var ayrılığın ölümdən...



Bəlkə birgün dəli olub güləcəm,
Yad gözlərin yaşlarını siləcəm,
Bir axşamda zəhər içib öləcəm,
Daha başqa nə gəlirki əlimdən.
Nə fərqi var ayrılığın ölümdən...



Mən həsrət yüküylə üzən gəmiyəm,
Fələyin oyununun mühakimiyəm,
Özgə limanlarda dustaq kimiyəm,
Ayrı düşmüş vətənimdən, elimdən,
Nə fərqi var ayrılığın ölümdən...



Sənsiz yad qollarda üşüyürəm mən,
Həsrətin qəm yükün daşıyıram mən,
Bəlkə son günümü yaşayıram mən,
Nəolar mənə xəbər deyin gülümdən,
Nə fərqi var ayrılığın ölümdən...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!