Sevgisini etiraf etməkdən utananlara MƏSLƏHƏT

Sevgisini etiraf etməkdən utananlara MƏSLƏHƏT
Sevgi Dünyası
10.09.2017 10
Kimisə sevdiyiniz halda ona sevginizi etiraf
edə bilməməyiniz normal bir haldır. Çünki siz onu həqiqətən sevirsiniz.
Bu halda heç nədən qorxmayın. Qadinlar.Biz istinadən verdiyi xəbərə sevgisini etiraf etməkdən utanan,
yaxud "yox” cavabından qorxanlar üçün bir neçə məsləhət təqdim edir.
 
1.Sevdiyiniz insana qarşı dürüst olun. İlk öncə onun sevgisini deyil,
inamını qazanmağa çalışın. "Səni sevirəm” deməklə onun ürəyini qazana
bilmərsiniz. Onunla dost olmağa çalışın.
2.Dost olduqdan sonra aranızda səmimiyyət yaranacaq. Onunla ciddi
məsələ haqqında danışmaq istədiyinizi söyləyin. Ciddi məsələnin nə
olduğunu o, artıq təxmin edəcək
3.Sevdiyiniz insanı hər ikinizin də rahat ola biləcəyiniz yerə dəvət
edin. Çünki ətrafınızda dostlarınızın, ya da başqa adamların olması sizi
utandıra bilər. Rahat olmağa çalışın.4.Görüşdə dərhal onu sevdiyinizi deməyin. İlk öncə başqa şeylərdən
danışın, necə olduğunu, gününü necə keçirdiyini soruşun. Yavaş-yavaş
əsas məsələyə keçin. Sadəcə onun gözlərinə baxın və söhbətə başlamaq
üçün ondan 1-2 dəqiqə istəyin. Susaraq onun gözlərinə baxmanızın ona
qarşı nələr hiss etdiyinizin ifadəsidir. O, özü bunu anlayacaq.
Çoxdandır ona demək istədiklərinizi, onu nə qədər sevdiyinizi qorxmadan
söyləyin. Düşünməyin ki, "yox” cavabı ala bilərsiniz. Yaxşı olacağını
düşünün. Bəlkə o da sizə qarşı laqeyd deyil?! Yox, əgər sevginizə
qarşılıq almasanız, həmin insanla sadəcə dost qalmağa
çalışın.                          скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!