Sən yalnız mənimsən

Sən yalnız mənimsən
Sevgi Dünyası
10.09.2017 37
Bir-birlərini həddən artıq çox sevən iki gənc maraqlı və
unudulmaz səyahətə çıxmağı düşünürdülər. Evliliklərindən iki ay keçirdi. Bəxtiyar
hələ də Səbinəni bu müddət ərzində gəzməyə çıxarmadığı üçün belə qərara gəlmişdi.
Bir həftə sonra hazırlaşıb, yola düşdülər. Gəldikləri günün sabahı, cütlük meşəliyə
üz tuturlar. Meşə çox sakit idi. Yalnız yüngül mehdən yarpaqların pıçıltısı
eşidilirdi. Bir-birini qucaqlayıb, bu sakitlikdən zövq alırdılar. Bir xeyli beləcə
gəzdilər. Dağa yaxın olduqları üçün Bəxtiyar yüngül idman köynəyini həyat
yoldaşının çiyninə atdı. Sonra çiyinlərini bərk-bərk qucaqlayıb qulağına
pıçıldadı:- "Bilirsən də? Sən məndən qurtula bilməyəcəksən. Canım bədənimdən
çıxsa da, ruhum səni sevəcək.Yəni, həmişə mənimsən, yalnız mənim. ” Səbinə:-"Sən
də onu bil ki, dənizlər nə qədər sonsuz olsa da, mənim sənə olan məhəbbətimdən
sonsuz ola bilməz. ” Şirin sevgi sözləri ilə bir-birini sehirləyən gənclər əl-ələ
gəzməyə davam edirdilər. Səbinə ərinin qollarından ayrılıb arxaya gedə-gedə əllərini,
həyat yoldaşına uzatdı. Birdən ayağı boşluğa düşdü. İrəli addım atmaq istəsə də,
elə bil kimsə onu arxaya çəkirdi. Qızın ayağı yerdən üzülüb, uçuruma düşdü. Bəxtiyar
irəli atılıb, arvadının əlindən yapışdı. Cəld hərəkət etdiyi üçün əli zədə
almışdı. Həyatından çox sevdiyi arvadını tək əllə yuxarı çəkə bilmirdi. Qızın
gözünün yaşı muncuq kimi bir-birinə calanırdı:-"Bəxtiyar, nə olar, bir çarə
tap. Nə mən bundan artıq tab gətirə bilmərəm, nə də sən çox yaralı qala bilməzsən.
Amma nə çarə ki, heç kimin əlindən heç nə gəlməz. Uzun müddət Səbinə asılı
havada qalmışdı. Oğlan da artıq yorulurdu. Amma:-"Qorxma, canımın içi. Sənin dənizdən
sonsuz olan sevgin mənə güc verir. Bax, heç yorulmuram da.” –deyərək sevgili
arvadına təskinlik verirdi. Səbinə sevgili ərinin yaralı halına dözə bilmirdi.
Qolundan axan qan, sanki, onun ürəyinə damlayırdı. Həm də bu acınacaqlı vəziyyətin
sonu olmadığını düşünüb, ərinin əlini buraxdı və uçurumdan düşüb, gözdən itdi.
Bəxtiyar dəli kimi:-"Səbinə! Səbinə! Sə-bi-nəəə! Sən demə, uçurumun aşağısında
bir çıxıntı varmış. Səbinə bu çıxıntıya düşübmüş. Amma məsafə çox olduğundan
onun vəziyyəti acınacaqlı idi.”
Bəxtiyar:-"Professor,arvadım
necədi? Sağalacaqmı?”
Professor-: "Bəxtiyar
bəy, möhkəm olun. Belə vəziyyətdə, siz ona dəstək olmalısınız.”
Bəxtiyar-: "Həkim, əsas
mətləbə keçin, arvadıma nə olub?”
Professor-:
"Arvadınız. Bilirsiniz, çox hündürdən düşdüyü üçün beldən aşağı hissəsi. Çox təəssüf
edirəm. Bəxtiyar bəy, həyat yoldaşınızın əlil arabasına məhkum olması, onu
itirməyinizdən daha yaxşı deyilmi?”
Dolmuş gözlərlə həkimə
baxaraq-: "Nə danışırsınız, professor? ”Əlbəttə. Onu itirmək. Onsuz bu dünyada
yaşamaq. Düşünmək belə istəmirəm...
Dəniz kənarında, bir
gənc, gözəl həyat yoldaşının yumşaq saçlarını oxşayaraq, onun qarşısına keçib,
dizlərini yerə qoydu. Sürməli və nazlı gözlərinə baxaraq:
-Yalnızlıq gecələrin, Yağış küçələrin, Təbəssüm
dodaqların, Sən isə həmişə mənimsən, nazlı mələyim, yalnız mənim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!