Kişilər niyə sevdikləri qadına xəyanət edir?

Kişilər niyə sevdikləri qadına xəyanət edir?
Sevgi Dünyası
10.09.2017 46
Kişilər nə üçün
Sevdikləri qadına xəyanət edər?

 Cinsindən və sosial
statusundan asılı olmayaraq sevgidə sərhəd yoxdur. Hər insan özünəməxsus tərzdə
sevir və sevgisini müxtəlif tərzdə büruzə verir.
 Bəs sevgidə xəyanət
necə? Əgər kişi bir qadını sevirsə, ona xəyanət edə bilərmi? Sosioloqların
sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Deməli
onlar öz həyat yoldaşlarını sevmirlər? Kişi xəyanətinin əsas səbəbi nədir? Nəyə
görə xəyanət yalnız kişilərə icazə verilən hərəkət kimi qəbul olunur? Xəyanətkar-qadına
isə cəmiyyət daha ciddi reaksiyalar verir. Sənə qarşı xəyanət olunubsa, bu heç
də sizin sevgidə uğursuzluğunuz demək deyil. Əksinə, bu cür hallar qadına imkan
verir ki, öz həyatına bir daha nəzər salsın və onu yaxşı tərəfə dəyişsin.
 Kişi xəyanətinin bir neçə əsas səbəbi
1. Siz sadəcə həmin kişini seçməmisiniz. Onun üçün inam, ailə
həyatı, sadiqlik bir o qədər də qiymətli deyil. O yenilik və macəra
axtarışındadır. Sıxıntı və sükutun baş verməməsi üçün o, sevgili axtarışında
olacaq.
2. Sevgilinizlə münasibətlərdə inam yarada bilmirsiniz. Ola
bilsin ki, siz çox qısqancsınız və emosiyalarınızla bacarmırsınız. Əgər onun
işdən gec gəlməsi, telefonla çox danışması və ya hər hansı ötən qıza baxmasına
görə daim söz-söhbət və dava yaradırsınızsa, bu, o deməkdir gec və ya tez onu
itirəcəksiniz.
3. Heç də bütün kişilər kənarda seks axtarmır. Bəzi kişilər
sevgilisi ilə tam fərqli xəyallar qurur. Ola bilsin ki, həyat yoldaşınız ailədə
özünə lazım və vacib olan emosiyaları ala bilmir.
4. Qorxular. Daim xəyanət haqda düşünmək və qorxmaqla onu
özünüzə daha asan cəlb etmiş olacaqsınız. Vəfasızlıq haqda düşünərək biz özümüzə
əmr veririk və şüursuz olaraq xəyanətkar həyat yoldaşı axtarmağa başlayırıq. Və
yaxud özümüzü elə aparırıq ki, bizim hələ ki, vəfalı həyat yoldaşımız xəyanətə
doğru gedir.
 Xəyanətin digər səbəbləri
Ər öz xanımını nə qədər sevsə belə, zamanla qadının xarici
görünüşündə və davranışındakı dəyişikliklər onun diqqətindən kənarda qalmır.
Belə ki, ailə həyatı qurmuş əksər qadınlar illər keçdikcə özlərinə qulluq etməyi
bir o qədər vacib hesab etmir. Qadınlar belə hesab edirlər ki, əgər ər varsa,
bununla hər şey bitdi. O artıq heç hara getməyəcək.
Qadınlar kişi psixologiyasına məxsus bir neçə əsas məqamı
bilməlidirlər. Belə ki, ən vəfalı və sevən kişi ilk olaraq gözləri ilə sevir.
İşdə və gündəlik həyatda onu baxımlı qadınlar əhatə edir. Onlara diqqət yetirməmək
isə kişi psixologiyasına yaddır. Tez və ya gec onlardan hər hansı birinə adi
kişi marağı yaranır. Sonra isə təsadüflər baş verə bilər: iş yoldaşları ilə
qonaqlıq, yaxın dost və rəfiqələrlə yığıncaq və.s. Bütün bunlar artıq cəlbedici
olmayan həyat yoldaşını unutdura bilər.
 Lakin heç də hər şey
qadından asılı deyil. Potensial olaraq bütün kişilər uyğun zaman baş verdikdə xəyanətə
meyillidir. Əgər kişi ömrünün sonuna kimi vəfalıdırsa, bu ya anormallıqdır, ya
da sadəcə olaraq həmin qadının bəxti gətirib.
 Kişilər - ilk olaraq
bioloji, daha sonra sosialoji varlıqdırlar. Bəzən kişilər qadınları özlərinə cəlb
edirlər. Çünki hər bir kişi onun cəlbedici baxışlarına vurulan qadınlardan sadəcə
zövq alır.
 Əksər kişilər heç də
qadınlardan geri qalmayaraq gözəl geyinməyi, bahalı parfümeriyadan istifadə etməyi,
ümumiyyətlə hər tərəfli özünə baxmağı çox sevir. Bununla da, qadın diqqətini
özlərinə cəlb edir, daha sonra imtina edə bilmirlər.
 Nəyə görə cəmiyyət kişi xəyanətinə bu qədər səthi yanaşır? Qadın xəyanəti
isə hər zaman qəbuledilməzdir. Burada məsələ, ictimai psixologiyadadır. Qadın qədim
zamanlardan ailənin qoruyucusudur və anadır. Buna görə də şəxsi həyatla məşğul
olmağa icazə verilmirdi. Kişinin isə cəmiyyətdə tutduğu rol fərqlidir. Ona görə
də bəzi hallarda qadınlar bu fikrə dözümlülük nümayiş etdirir.
Həmçinin kişi və qadın psixologiyasındakı fərqlər də burada
özünü göstərir. Kənarda hər hansı qanunsuz əlaqənin olması bəzən kişi üçün
namus məsələsidir, desək yanılmarıq. Çünki dostlar arasında bu, kişi qüruru
kimi qəbul olunur. Araşdırmalar göstərir ki, kənardakı münasibətlərlə kişilər
özlərinə olan güvəni bərpa etməyə çalışırlar.
 Nəyə görə qadınlar bunu bağışlayır və ərləri ilə ailə həyatında
yaşamağa davam edirlər?
Əksər qadınlar sevgilərindən imtina edə bilmirlər və
onlara layiq olmayan kişi ilə yaşamağa davam edirlər.
 Digərləri isə sadəcə
övladlarını fikirləşir. Bir qrup qadınlar sadəcə həyatlarını qəfil dəyişiməkdən
qorxurlar. Bu isə özünə güvənin olmamasından irəli gəlir.
 İstənilən halda qadın vəziyyəti dəyişə bilər.
"Kişi başdırsa, qadın boyun” misalını yada salın. Daim baxımlı olmağı, həyat
yoldaşlarınızın gözündə gözəl görünməyi sadəcə həyat tərzinə çevirin. Sürprizlər
hazırlayın, onun qəlbini fəth etmək üçün ağlasığmaz variantlara belə əl ata bilərsiniz.
Neqativ emosiyaların həyatınızın sahibi olmağına icazə verməyin. Əsas odur ki,
daim sevimli qalın. Kişi psixologiyasında nəzərinizə çatdırdığımız faktları isə
unutmayın.
 
Xəyanətə məruz
qalmamaq və unudulmamaq arzusu ilə...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!