Qızın sevdiyinə etdiyi xəyanət

Qızın sevdiyinə etdiyi xəyanət
Sevgi Dünyası
10.09.2017 14
Bilirsən...?
Mən sənə xəyanət edirdim...
Həmişə...
Bilməzdim xəyanət belə şirin olurmuş.
Məni günahlandırmağa haqqın yoxdur. Bütün sənin hərəkətlərin qarşılığında bunu edirdim.                                     
Hər dəfə...
Elə bir gün, ay olmayıb ki, sənə xəyanət etməyim.
Düşünürsən səni sevmədiyim üçün xəyanət edirəm sənə.                         
Yox, əsla...
Elə səni sevdiyim üçün hələdə xəyanət edirəm sənə. Yoxsa çoxdan çıxıb getmişdim səndən...
Bilmək istərdinmi kimlərlə xəyanət etmişəm sənə? Yadına sal azmı ağlatdın məni?                                   
Göz yaşlarımda boğularaq qaçdım...
Hər ağladığımda göz yaşlarımı qurutmaq üçün yay fəslinə qaçdım...
Üşüdüyümdə məni isidirdi göz yaşlarımı qurudurdu...
Qızmar günəşin işığı mənim qaranlıq dünyamı işıqlandırırdı...
Yadına sal azmı qışqırırdın üstümə? Hər sözün bir alov olub ürəyimi yandırırdı. Od tutub alışıb yanırdı qəlbim
O zaman mən payız fəslinə qaçdım...
Yaralarımı sərinlədərdi. Yağışın damcıları ilə söndürərdi yanan qəlbimi.
Sakitlik tapardım, rahatlıq tapardım...
Yadına sal...
Azmı deyirdin ayrıldıq, hər şey bitdi, gedirəm...? O zaman bilmirdim sevinim, gülüm, yoxsa ağlayım...? Bu zaman mən bahar fəslinə qaçırdım...
İlıq təbəssüm bəxş edirdi mənə. Heçnə düşünmədən gülümsəməyi öyrədirdi mənə...                                   
Sevinc bəxş edirdi bəhanəsiz, səbəbsiz...
Bax sənə həmişə fəsillərlə xəyanət edirdim. Fəsillərlə yaşayıram. Bir tək qış fəslinin yanına getmədim.
Əvvəllər ora sənlə getməyi arzulayırdım. O ağ, bəyaz gəlinliyim olacaq deyə...
Amma artıq qərara gəldim qışa tək gedəcəm...
Artıq sənin yox mən azadlığımın nişanlısıyam...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!