Görəsən bu şəhərin musiqiləri olmasaydı neçə intahar xəbəri yayılarda köhnə küçə

Görəsən bu şəhərin musiqiləri olmasaydı neçə intahar xəbəri yayılarda köhnə küçə
Sevgi Dünyası
10.09.2017 28
Təsəvvür eləyirdi ki, onlar bir yerdədirlər. Sevdikəri bir yer seçiblər, oturub söhbətləşirlər. Ya da gəzirlər, gəzəndə sevməyə bir yerləri olmasa da olar. Gəzəndə məkan dəyişir, zaman dəyişir. Sabit bir yeri fikirləşəndəsə elə bil saniyə təkrarlanırdı, amma o dəyişmirdi, danışmırdı. Zamanı dondurmaq xoşuna getmədi, gəzməyə qərar verdi. Köhnələrdən danışırdı. Özünü sevdirməyə ehtiyacı yoxuydu artıq.
Danışmaq lazımıydı sadəcə. Nədənsə, kimdənsə, hansısa hissdən məsələn. Başa düşəcəyindən əmin idi, mahnının içindəydi çünkü hamısı.Hər şeyi sığışdırmışdı o 4 dəqiqəyə.Sevdiyinin əslində xəbəri yox idi mahnının içindəki xəyaldan. Sevildiyindən də. Cəsarət deyilən şey dəyişmişdi çünkü, bəsit qorxuydu bu. Deyə bilməzdi, mahnı bəs eliyirdi sevməyinə, ona göndərsə bəlkə o da başa düşər. Sözlərlə əlaqəli deyil, yəni əlaqəlidi əslində, ama hamısıyla deyil .
Ümüd eləməyə dəyərdi amma. O da dinləyəcək, ən azından dinləyəcək. Nə hiss elədiyini o da hiss eləyəcək. Bir link! Bir mesaj! Əmin idi ! "bunu dinləmisən?" deye soruşsa, göndərsə cavab gözləmədən eyni xəyalın başqa versiyasını o da yaşayacaq onunla. Bu da bir ümüd idi.

Bu günlük məqsəd belə sona çatdı. Platonik qız tələsirdi mesajı sonlandırmağa. Amma yatmadı. Mahnını açdı. Sevdi mahnını, düşündürücü idi. O da düşündü. Eyni xəyala bənzər bir xəyal idi. Küçələr eyni idi. Söhbətlər də eyni idi. Biraz daha yaxın idilər. Əl-ələ tutmuşdular deyəsən. Eyni ssenari gedirdi. Qız və platonik oğlanın ehtimal vermədiyi başqa biri. Başqasının xəyalında oynayan başqaları. Bilsəydi, xəyal qurmazdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!