"Ərimə dedim ki, sevgilimi sevirəm, səni yox"

Sevgi Dünyası
10.09.2017 41

Onu təxminən iki
ildir tanıyıram. Facebook-da hansısa statusda sözümüz çəp gəlmişdi.
Sonra inboksda sərt şəkildə iradını yazdı, oxudum və sadəcə gülümsədim.
Axı çoxları bu virtual aləmdə aslana dönürlər. Reallıqda qarşına çıxanda
isə hər şey tam tərsinə olur-üzrxahlıq, xahiş...
Elə buna görə də
2-3 gün yazdıqlarına cavab vermədim. Amma hər Facebooka girdiyimdə
statuslarına baxdım. Maraqlı düşüncələri var bu xanımın. Tibb sahəsində
çalışır.

Budəfəki qəhrəmanım Sənəmin (ad şərtidir-İ.V) 28 yaşı
var. On ildir ki özündən 12 yaş böyük biri ilə ailə qurub. Həyat yoldaşı
hərbçidir. İki övladı var 8-10 yaşlarında. Qalanını özü danışır:

"18
yaşımda bu insanla ailə qurdum. Həmin vaxt tibb texnikumunda oxuyurdum.
Sevmək anlayışı mənə çatmırdı. Bircə şərtim oldu ki, təhsilimə mane
olmasın. Oxudum və sonra valideynlərimin köməyi ilə işə düzəldim tibb
bacısı kimi. Zaman keçdikcə başa düşdüm ki, mən nəinki sevmədiyim,
ümumiyyətlə heç vaxt sevə bilməyəcəyim insanla ailə qurmuşam. Əvvəla
məndən 12 yaş böyükdür. İkincisi də elə bir sahədə çalışır ki, bəzən
günlərlə üzünü görmək olmur. Gah gecə növbəsində qalır, gah harasa ezam
olunur. Bir sözlə qiyabi ər-arvadlıq yaşayırıq. Həm də yaş məsələsini
özümə sığışdıra bilmirdim. Sonra iş yoldaşlarımdan eşitdim ki, belə bir
sosial şəbəkə var-Facebook. O vaxta kimi internetlə aram olmayıb. Uzun
sözün qısası bura əvvəlcə başqa adla girirdim. Çox insanlar yazırdılar,
amma əhəmiyyət vermirdim. Günlərin birində bir nəfər mənə yazdı.
Fikirləri çox çəkmişdi diqqətimi. Məndən iki yaş kiçikdir. Bir müddət
sonra telefon nömrəmi ona verdim. Amma bir şeyi deyim ki, o vaxta qədər
ailəli qadının kiməsə telefon nömrəsi verməsinə, roman yaşamasına bəlkə
də hamıdan pis baxmışam. Nömrəmi bu oğlana niyə verdiyim özümə də
çatmırdı. Danışdıqca elə bil məni ovsunlayırdı. İçimdəki boşluğu onunla
doldura bilirdim sanki. Məni görüşə dəvət elədi. Əvvəlcə istəmədim.
Etiraf edim ki, həm fikirləri həm də görkəmi ilə çox xoşuma gəlirdi.
Sadəcə, qorxurdum ki, kimsə bilər. Günlərin birində görüşməyə razılıq
verdim. O Facebookda gördüyümdən daha maraqlı insan idi. Hər dəfə
uşaqları məktəbə aparandan sonra evə qayıdanda imkan tapıb hardasa
söhbətləşirdik. O bakılı deyil, rayonların birindən gəlib, burda
işləyir. Bir neçə dəfə görüşəndən sonra məni evinə dəvət elədi. Həmin
vaxta qədər olan görüşlərimizdə bircə dəfə də olsun mənə toxunmamışdı.
Sadəcə söhbətlər edirdik, iç dünyalarımızı danışırdıq, paylaşırdıq. Ona
görə də, kirayədə yaşadığı evinə getməyə razılıq verdim. Bir neçə dəfə
onun evində görüşdük, söhbət elədik. Amma yenə də heç bir yaxınlığımız
yox idi. Hiss edirdim ki, mənə qarşı ehtirası olsa da, artıq hərəkət
eləmir. Zaman keçdikcə bir-birimizə daha çox bağlanırdıq və onunla
danışdıqca həyat yoldaşıma olan münasibətim daha da pisləşirdi. Başa
düşürdüm ki, biz eyni düşüncənin insanları deyilik. Ən azından aramızda
12 yaş fərq var. Təxminən 2 ay baş tutan görüşlərimizdən sonra aramızda
intim münasibət yarandı. Hər bir qadının xəyalında yaşamaq istədiyi
şeylər var. O insanın bütün hərəkətləri, hətta intimdəki jestləri də
mənim xəyallarım idi. Üç-dörd aydan sonra mənə dedi ki, boşanım onunla
ailə qurum. Uşaqlarımı da qəbul etməyə razı idi. Sonra isə mənə
qadağalar qoymağa başladı ki, ərimlə heç bir intim münasibətim olmasın.
Düzünü deyim ki, o deməsə də bu insanla yaşadıqlarımdan sonra ərim mənə
yaxın duranda çox pis olurdum. Bir ay bəhanələrlə ərimlə intim
münasibətdən yayındım. Artıq evdə münasibətlərimiz də soyumuşdu.
Sevdiyim insanla görüşdüyüm gün isə evə qayıtmaq istəmirdim. Bircə
uşaqlarım gəlirdi gözümün qarşısına. Dəfələrlə mənə demişdi ki, Bakıdan
gedək. Amma razı olmadım uşaqlarıma görə. Günlərin birində şəhərdə
onunla gəzişəndə yoldaşımın yaxın qohumlarından biri bizi görmüşdü. Onun
bizi gördüyünü hiss elədim. Sevdiyim oğlan mənə dedi ki, evə getsən
səni öldürəcək. Ona qoşulub Şəkiyə qaçdım. Üç gün orda mehmanxanada
qaldıq. Yoldaşım isə burda polisə müraciət eləmişdi. Üç gündən sonra
gəlib boşanma üçün ərizə verdim. Boşanmaq istəmədiyini bildirdi. Dedi
ki, ölsən də sizi bir yerdə olmağa qoymayacağam. Çox təkid elədim
boşanmaq üçün, onu sevmədiyimi dedim. Bildirdi ki, boşansam, sevdiyim
insanın cibinə nəşə atıb tutduracaq. Yalnız sevdiyim insana bir şey
olmasın deyə boşanmadım. Amma baş verənlərdən həm onun, həm də mənim
qohumlarımın xəbəri var. Anasıgil onu danışdırmırlar”.
Sənəm baş verən hər şeyə rəğmən indi də sevdiyi insanla əlaqələrini kəsmir. Həftədə bir dəfə imkan tapıb sevgilisinə zəng vurur:
"O
indi də mənə deyir ki, boşanım onunla ailə qurum. Amma bilirəm ki, belə
bir şey etsəm, yoldaşım uşaqlar mənim əlimdən alacaq. İnanın ki, başımı
itirmişəm. Düzdür, o insanla bir yerdə olmasam da, xəyaları ilə yaşamaq
belə məni xoşbəxt edir. Artıq heç nə gözümdə deyil. Axır vaxtlar iki-üç
dəfə mübahisəmiz olub. Ərimə dedim ki, sevgilimi sevirəm, səni yox.
Buna görə məni neçə dəfə pis döyüb, ölümlə hədələyib. Gözümdə qorxu
deyilən bir şey qalmayıb. Sevgilim və uşaqlarım yanımda olsun heç nə
istəmirəm. Mən ailə quranda düşünmüşdüm ki, evi, işi var, ağlı başında
olan adamdır. Amma zaman göstərdi ki, xoşbəxt olmaq üçün bunlar bəs
eləmir”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!