Soyuq payızım (öz qələmimdən)

Soyuq payızım (öz qələmimdən)
Sevgi Dünyası
10.09.2017 51
Birdən üşüdü bədənim. Bilmədim köçən quşların səsindənmi, aramsız yağan yağışın damlalarındanmı, bəlkədə solaraq yerə düşən, ayaq altında qalaraq əzilən yarpaqların xışıltısından, yada gülümsəməyən, kədərli soyuq insan üzlərindən.
Buza dönmüş əllərimi sıxdım, üflədim, üşüməsinlər deyə. Saralmış yarpaqlara baxdım, bir anda düşündüm, insan ömrüdə belə solaraq tükənir deyə. Yağış dayandı, ətrafda səssizlik,  bir hüzn vardı sanki, qaralmışdı elə bil hava. Yağışdan sonra yaranan göy qurşağına baxdım, necə də gözəldi dedim içimdən, toxunmaq istədim bir an, ama çatmadı əlim, eyni toxunmaq istəyibdə, toxuna bilmədiyim əllər kimi.
Gəzirdim soyuq küçəni, soyuq olmasına baxmayaraq bir istilik gördüm küçədə, qəlbim isindi o an, bir gülüş isitdi soyuyan əllərimi. Baxdıqca gözlərim doldu o an. Ağ telləri islanıb üzünə tökülmüşdü, gözlərində dərin kədər vardı sanki, üzümə baxdı, tez döndüm, ona baxıb ağladığımı görməsin deyə. Gülümsündü, sanki üşüsə belə, həyatından razı idi, şikayəti yox idi bir şeydən. Bəlkə də təsəlli gülüşü idi bu. Dönüb yenidən o yaşlı anaya baxdım, o an soyuq payızı hiss etmədim belə, elə isinmişdi ki qəlbim onun saf, məsum üzünü görəndə. O an bədənimiz üşüsə də təki qəlbimiz üşüməsin dedim. Bədən üşüyər, qalın geyinərsən üşüməz daha, ama qəlb. Bəs o necə? Onudamı geyindirə bilərik? Xeyr! 
Bir isti gülüşümüz, ona bəs edər. Həyatdan yorulduğun, bezdiyin, tükəndiyin anda ətrafa baxıb, gözəllikləri diqqətlə seyr edib, gülümsəməyin yetər!
Gülün ki, qəlbiniz isinsin!!!  
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!