Demə Payızda da sevmək olarmış

Demə Payızda da sevmək olarmış
Sevgi Dünyası
10.09.2017 31
Demə Payızda da sevmək olarmış

Ömrün baharını verdik yellərə,
Dən düşdü qar kimi qara tellərə,
Dönüb baxa bildik ötən illərə,
Fələyin işinə gülmək olarmış,
Demə payızda da sevməl olarmış.

***

 Bir yerdə olsaydıq bu fani dünya
Dağılıb gedərdi sanki bir anda.
Hicranın ömrünü bitmiş sayanda
 İllər səni məndən alıb aparmış,
Demə payızda da sevmək olarmış.

***

 Hanı o gözlərin işığı hanı?
 Xoşbəxt günlərimin sorağı hanı?
 Səni sevən qəlbin de, yağı hanı?
Yaxdığın ürəkdə təkcə köz qalmış,
 Demə payızda da sevmək olarmış.
 
***

Yaşanmış məhəbbət yarımçıq qalıb,
Ömrümün dəftəri də açıq qalıb.
Sabahın yolları dolaşıq qalıb,
Tale ikimizdəm çox şey qoparmış,
Demə payızda da sevmək olarmış.

***

Saraldım həsrətdən mən yarpaq kimi,
Qəddim əyilsə də bir budaq kimi,
Dağ çəkdin sinəmə dözdüm dağ kimi.
Dağın da başını duman alarmış,
Demə payızda da sevmək olarmış.


Müəllif: Arzu Əliyeva
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!