100 gül hekayəsi

100 gül hekayəsi
Sevgi Dünyası
10.09.2017 54
 Qədim
zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər
gülərmişlər.Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə
başlayırlar.Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi
ortaya çıxır. Oğlan fikirləşir,fikirləşir,axırı sevgilisi ilə görüşür və ona bu
sözləri deyir:'Sevgilim,5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə.Bilmirəm,bəlkə
sən mənə olan sevgindən vaz geçəcəksən,bəlkə də mən,bəlkə də hər ikimiz.Bəlkə də
zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək,bilmək olmaz.' Bu an qız
oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan
cavabında 'Gülüm,heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə
bilməz.Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən.Bu,sadəcə olaraq sənin
indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm,ama həqiqətən də 5 ilə
sevgi qalarmı bir birimizi görməsək,onu nə yazıq ki heç birimiz deyə bilmərik.İndi
mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik.Sən
də evdəcə otur məni gözlə,hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin.Mənimsə
5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik...Onda
mənə deməzsən ki, bunu o vaxtdan deyərdin də mənə?!! Ona görə də sənin ömrünün
5 ilini deyil yalnız 1cə ilini daha istəyirəm.1cə il məndən cavab gözlə,mən əgər
görsəm ki 1 ilə sənə olan sevgim dəyişmir.Onda 5 il ərzində özümdən arxayın
olaram ki səni həmişəlik sevəcəm.Hə,deməli belə,mən düz 1 il sonra sənə böyük
bir buketdə gül göndərəcəm.Bütün gülləri sayarsan,əgər güllərin sayı 100 olsa
'məni 4 il də gözlə,sən mənimsən yenə də' anlamını verəcək 100 gül.Ama əgər 1cə
dənə olsun gül əksik olursa,məsələn,99 olsa o deməkdir ki artıq mənim sənə olan
sevgim bitibdir,gözləmə artıq,öz həyatını qur...' Oğlan bu sözləri deyir və
qızın alnından öpüb yola düşür... Beləcə oğlan gedir əsgərliyə,yavaş-yavaş əsgərliyini
çəkir və 1 il gəlib keçir.Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də
bir kağız göndərir.Buket qıza çatdırılır.Qızın az qalır ürəyi partlaya o
an.Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında
başlıyır gülləri saymağa.İlk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk
saydığında 99 dənə sayır.Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan
səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa.Ama nə yazıq ki sayı
yenə 99 dənə eləyir.Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı
yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa
başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir... Olanlardan xəbər tutmuş bunu
sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə
də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu
axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq
qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini
soruşur.Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni
sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında
bir oğlan bu qıza səslənib 'ana,acam' deyir...Bu an oğlanın sanki ürəyinə iynələr
sancılır,vəziyəti dərhal anlayır.Və sanır ki sadece olaraq qız bunu 5 il gözləmək
istəməyib,sevməyib bunu,başqasını sevib evlənib.Oğlan üzünü çevirib oranı tərk
etmək qərarına gəlir.Ama sonra ürəyi dözmür və 1cə dənə sual verir ki 'Nə zaman
unutdun məni?' Qız ağlayaraq deyir ki 'Sən heç nə dediyini bilirsən?Sən
deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!'
Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa
düşür.Qıza deyir: 'Sən niyə o kağızı açıb oxumadın axı!' deyir və özünü saxlaya
bilmir ürəyinin ağlamasını gözlərində də göstərir.Qız isə tez içəri qaçır,bu
müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən
kağızı tapır.Kağızda yazılanı oxuyur : 'Bir an belə fikrimdən çıxmayan
sevgilim,söz verdiyim kimi gülləri göndərdim.Say bunları,bircə şeyi unutma ki
100cü gül dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə Sən özünsən...'
Bu an sanki bütün dünya qızın başına yıxılır,heç nəyin geri qayıda bilməyəcəyini
anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür.Əlinə bıçaq
alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir:'Burda biri
özünü öldürüb ay millət'.Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra
qaçır...Ama nə yazıq ki artıq gecdi,oğlan artıq sevən ürəyinə mismar
sancmışdı.Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib
anasını qucaqlayaraq 'etmə ana' deyir.Anası sevgilisinin adını vermiş oğlunun
bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın.Götürüb gözlərinə
batıraraq: 'Sizsiz hər şeyin günahkarı!' deyir...Və beləcə də bir birini
dünyalar qədər sevən bu 2 cavan bir birinə qovuşa bilmir.Biri torpağın altında
qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır..
 
 [/b]
[b] 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!