Çiçəyin tökülən ləçəkləri (1-ci bölüm)

Çiçəyin tökülən ləçəkləri (1-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 4
Bir görüş tanı dedilər. Alınmayanda da alınmayacaq da. Uzun isrardan sonra Çiçək onu tanımağa qərar verdi. Görüş yeri bizim kitabxananın qabağı oldu. Həyəcanla kitabxanaya tərəf gedirdi. Süleyman artıq kitabxananın qabağında idi. Onu görəndə lap həyəcanlandı. Tanımadığı biriylə görüşəcəkdi nədə olsa. Yaxınlaşdı. Utanaraq qızarmış vəziyyətdə Salam verdi. Salam Aleykumdan sonra yavaş-yavaş söhbətə başladılar. Çiçək həyəcandan barmaqlarıyla oynayırdı

-Süleyman: Deyəsən yaman həyəcanlısan?

-Çiçək: Aha biraz elədi

Utandığından başını qaldırıb üzünə baxa bilmirdi ki, görsün necə biridir. Süleyman başladı özü haqqında danışmağa, ailəsindən danışmağa. Çiçək bir xeyli dinlədi onu. Süleyman Çiçək haqqında azdan çoxdan bilirdi. Soraqlaşıb öyrənmişdi. Kitabxananın qabağında o yana bu yana gedib gəldilər. Söhbətləri tamam oldu.

-Süleyman: Nömrəni ver, danışarıq

-Çiçək: Yox. Olmaz

-Süleyman: Yaxşı onda mən verim. İstəsən yazarsan, yaxud zəng edərsən

-Çiçək: Yox. Ehtiyac yoxdur. Hələ bir ailəm razılıq versin, sonra

-Süleyman: Yaxşı necə istəyirsən

Bax beləcə tanış oldular. Onun görünüşündən də xasiyyətindən də Çiçəyin xoşu gəldi. Evə gəldi. Bir xeyli düşündü. Ailəsi ilə məsləhətləşdi. Və 1 həftənin içində çox şey baş verdi. Suleymangilin ailəsi Çiçəyə elçiliyə gəldilər. Hər iki ailə dindar idi. Namazında niyazında adam idilər. Əvvəlcə böyüklər, ağsaqqallar yığışdı qız evində. Nə Süleyman nə də atası gəlməmişdi. Yalnız qardaşı orda idi. Uzun şirin bir söhbətdən sonra Çiçəyi istədilər. Süleymanla Çiçəyin kəbini oxunmağa başlandı. Çiçək qapının arxasından onları dinləyirdi. Həyatında ilk dəfə idi nişanlanırdı. Çiçəyin ataısı mətbəxə gəldi.

-Qızım, etirazın varsa indi de. Kəbindən sonra sənin kitabın bağlanır ha

Çiçək və anası gülüşdülər. Kəbin kəsildi, xeyir dua verildi. Hərə öz evinə dağılışdı.

Sabahı gün Süleymanin anası Xədicə xanım Çiçəyin anası Firuzəyə zəng elədi. Sevincini bölüşdü, Çiçəyin nömrəsini istədi.

-Artıq halalıdı. Danışmağa, bir birlərini daha yaxşı tanımağa başlasınlar.

Firuzə xala nömrəni verdi. Çiçək əlində telefon həyəcanla gözləyirdi.

-Ay ALLAH nə olar zəng etməsin. Həyəcandan dilim tutulacaq, nə danışacam. 1-ci mesaj yazsın. Elə başlıyaq. Sonra zəngləşərik.

Çiçək necə bəd dua etdisə odur budur onlar zəngləşib söhbət etmədilər. Yalnız mesajlaşırdılar.

Həmin günün axşamı Süleymanın valideynləri üzük taxmağa gəldilər. Çiçəyin iki gün idiki həyəcanı heç dinmirdi. Qudalar xeyli söhbət etdilər. Xədicə xanım "ALLAH xeyir versin" deyib, üzüyü Çiçəyin barmağına taxdı.

Gecə Çiçəyin gözünə yuxu getmirdi. İnana bilmirdi ki, artıq nişanlı bir qızdı.

Beləcə 15 oktyabr onların münasibətlərinin təməli qoyuldu. 1 il davam edən maraqlı bir həyatları başladı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!