Sevgilinizə bu sözləri mütləq deyin!

Sevgilinizə bu sözləri mütləq deyin!
Sevgi Dünyası
10.09.2017 58
Sevgilinizlə aranızdakı münasibəti gücləndirməyin sirri məhz sehirli
sevgi sözlərindədir. Münasibətin dinamizmini qoruyan, mütləq deyilməli
olan sözlər Qadınlar.Biz-də!


"Səni sevirəm” sözü yəqin ilk ağla gələndir. Bəli, bu söz var, əlbəttə,
amma təkcə bu, deyil. Qarşı tərəfin ruhunu oxşayacaq, sizə olan
sevgisini çoxaldacaq başqa cümlələr də olduğunu unutmayın.

"Səninlə özümü çox yaxşı hiss edirəm”

 
Sizdə yaxşı hislər yaratdığını bilmək sevgilinizin özünəinamını
gücləndirəcək və sizi daha xoşbəxt hiss etdirmək üçün həvəsləndirəcək.
 

"Heç bu qədər bəxtim gətirməmişdi”



Hər kəs münasibətlərinin uzun müddətli, ömrünün axrınacan olmağını
arzulayır. Bax, bu cür cümlələr qarşımızdakını qiymətləndirdiyimizi
göstərir.
 

"Təşəkkür edirəm”



Sevgilinizin sizin üçün etdiyi gözəl şeylərə mütləq təşəkkür edərək qarşılıq vermək münasibətlərin ən sağlam təməlidir.
 

"Düz deyirsən, bağışla”



Həmişə siz haqlı olmalı deyilsiniz ki! Haqsız olanda bunu qəbul etmək və
üzr istəmək sizin böyüklüyünüzdür. Bunu etməsəniz, qürurlu yox, əksinə,
çox itici olarsınız.
 

"Bunu çox yaxşı bilirsən”



Pivə qapağı açmaqdan tutmuş ən böyük bacarığına qədər partnyorunuzun
hansı sahədə yaxşı olduğunu sizdən başqa bilən olmaz. Partnyorunuzun
bacarıqlarını bəyənmək onun özünə əminliyini artıracaq, bu da
münasibətinizə müsbət təsir göstərəcək.
 

"Məni əyləndirməyi, sevindirməyi çox yaxşı bacarırsan”



Münasibətiniz nə qədər uzun olursa olsun, sevgiliniz sizin üçün sıxıcı olmadığını bilmək istəyir. Bunu ona xatırladın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!