Dəyişə bilməyəcəyimiz dörd şey

Dəyişə bilməyəcəyimiz dörd şey
Sevgi Dünyası
10.09.2017 34
 Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə
minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman
keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək
və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa
başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa
başladı. Gənc qadın ilk peçenyeni  götürdü. Adam da bir dənə götürdü.
Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir
dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi.
Nəhayət son peçenye qalanda  qadın:
 " Bu
həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu
ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu qədəri də çoxdu! Çox
hirslənmişdi indi. Qadın əsəbi halda kitabını və digər şeylərini götürüb bir
külək kimi giriş salonuna oradan da təyyarənin içinə yönəldi. Təyyarədəki
kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsün?
Peçenye paketi açılmamış olaraq orada dayanırdı. Çox utandı. Çox böyük bir
səhv etdiyini anladı. Peçenyelərinin paketini açmadan çantasına
qoyduğunu unutmuşdu. Adam öz peçenyelərini, heç əsəbiləşmədən, qadınla
paylaşmışdı. Qadın öz peçenyelərinin paylaşıldığını düşünərək çox
əsəbləşmişdi. Və indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr istəmə imkanı
da qalmamışdı.
 
Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var
— Daş… atıldıqdan sonra!
— Söz… ağızdan çıxdıqdan sonra!
— Fürsət… qaçdıqdan sonra!
— Zaman… keçdikdən sonra!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!